Ekopublika.az
Həyat sığortası bazarında 16 faiz artım

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,3 faizi və yaxud 89,1 milyon manatı həyat sığortasının payına düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından Publika.az.-a bildirilib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarında 16 faiz artım müşahidə olunub.
Həyat sığortasındakı yığımların 57 faizi və yaxud 50,8 milyon manatı həyatın yaşam sığortasının, 30,5 faizi və yaxud 27,15 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11 faizi və yaxud 9,85 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1 faizi və ya 991 min manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,4 faizi və ya 330 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Bu ilin 9 ayı ərzində həyat sığortası üzrə edilmiş ödənişlərin məbləği isə 34,2 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 26,8 faizini təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 45,1 faiz çoxdur.
Həyat sığortası üzrə ödənişlərin 89,6 faizi və yaxud 30,6 milyon manatı həyatın yaşam sığortasının, 5,4 faizi və yaxud 1,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 5 faizi və yaxud 1,7 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.
Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38,3 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-sentyabr aylarında bu rəqəm 30,6 manat olub.

-
MDB00:13
Rusiyadan Krımla bağlı təcili addım...
-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region17 Avqust 19:07
“Novatek” Türkiyədən yardım umdu
-
Nida Xəbər 17 Avqust 18:40
153 avtobus gecikir - BNA - SİYAHI
-
Dünya17 Avqust 18:18
Antoniu Quterreş Ukraynaya gəldi