5,8 milyon manat məbləğdə sığorta ödənişi həyata keçirilib
Bizi izləyin

Ekopublika.az

5,8 milyon manat məbləğdə sığorta ödənişi həyata keçirilib

2016-cı ilin mart ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 554 sığorta tələbi üzrə 2 milyon manat məbləğdə sığorta ödənişi həyata keçirilib.

Publika.az İcbari Sığorta Bürosuna istinadən xəbər verir ki, 2016-cı ilin mart ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 230 manat təşkil edib. 2015-ci ilin mart ayı ilə müqayisədə informasiya sistemində qeydiyyata alınan sığorta tələblərinin sayında 9,7%, sığorta ödənişlərinin məbləğində isə 21,7% artım müşahidə edilib.

Ümumilikdə 2016-cı ilin yanvar-mart ayları ərzində Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 4 535 sığorta tələbi üzrə 5,8 milyon manat məbləğdə sığorta ödənişi həyata keçirilib.

Mart ayında İcbari Sığorta Bürosu tərəfindən 21 kompensasiya tələbi üzrə 80 200 manat məbləğində kompensasiya ödənişi baş verib. Ümumilikdə 2016-cı ilin birinci rübü ərzində İcbari Sığorta Bürosu tərəfindən 39 kompensasiya tələbi üzrə 144 500 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm