Ekopublika.az
ARDNŞ Bakı NEZ-in iri qurğularının əsaslı təmirinə başlayıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ)
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) üç qurğusunda
paralel olaraq təmir işlərinə başlayıb.
Katalitik riforminq qurğusunda, katalitik krekinqin 100-cü
bölməsində və 43 nömrəli tədrici koks qurğusunun birinci axınında
həyata keçiriləcək təmirin yerinə yetirilməsi məqsədi ilə
texniki-təşkilati, təchizat məsələləri müəyyən edilib, qüsurlar
cədvəli tərtib olunub.
Qurğunun modernləşdirilməsi üzrə işlər onun emal gücünü 1 milyon
ton (2 milyondan 3 milyonadək), benzin istehsalını isə 450 min ton
artırmağa imkan verir.
Təmir işləri zavodun 13 nömrəli təmir-quraşdırma sexi tərəfindən
həyata keçirilir.
Bundan başqa, yaxın günlərdə zavodun əsas qurğularından sayılan
neftin ilkin emalı üzrə ED-AV-6 qurğusunun əsaslı təmirə
saxlanılacağı nəzərdə tutulur. Qurğu avtomobil benzini istehsalında
böyük önəm daşıyır. /Trend/
-
Sosial09:36
Ermənistanda əsirlikdə olan azərbaycanlıların NADİR GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO
-
MDB09:06
Kliçkonu İrəvana dəvət etdilər
-
ABŞ09:00
80 yaşlı milyarder azyaşlılara təcavüz edib? - ŞOK İTTİHAM
-
ABŞ08:24
"The Washington Post"un ilk qadın baş redaktoru İSTEFA VERDİ
-
Səhiyyə07:30
Xərçəngi aşkarlayan süni intellekt yaradıldı
-
Ekologiya07:17
Bu gün hava necə olacaq? - PROQNOZ
-
Dünya04:44
ABŞ super donuzlar tərəfindən İŞĞAL EDİLƏ BİLƏR
-
Magazin104:14
Aygün Kazımova final matçında şou göstərdi - VİDEO