Ekopublika.az
Dollarla əməliyyatlar 2,9 dəfə azalıb
2016-cı ilin I yarımili ərzində manatın xarici valyutalara nəzərən məzənnəsi Mərkəzi Bankın ötən ilin sonunda elan etdiyi yeni məzənnə rejimi çərçivəsində formalaşıb.
Publika.az Mərkəzi Bankın 2016-cı ilin yanvar-iyun ayları ilə bağlı “Pul siyasəti” icmalına istinadən xəbər verir ki, 2016-cı ilin 6 ayında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb. Belə ki, hesabat dövründə ötən ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,9 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,8 dəfə azalıb.
Dövr ərzində valyuta bazarında əməliyyatların 79%-i ABŞ dollarında, 21%-i digər valyutalarda aparılıb. Valyuta bazarının həcminin azalması nağd xarici valyuta bazarı seqmentində də müşahidə edilib. 2016-cı ilin yanvar-iyun aylarında banklar tərəfindən satılan xalis (yəni alışlarla satışların fərqi) nağd ABŞ dolları ötən ilin eyni dövrü ilə müqayisədə 73 dəfə azalaraq 78 mln. ABŞ dolları, avro ilə əməliyyatlar isə 4,4 dəfə azalaraq 100 mln. avro təşkil edib. Hesabat dövrü ərzində valyuta bazarının həcminin azalması həm tələb, həm də təklif amilləri ilə əlaqədar olub. Mal və xidmət idxalının azalması, eləcə də, dollarlaşmanın səngiməsi xarici valyutaya tələbə azaldıcı təsir göstərib.
İqtisadiyyat şöbəsi
-
Sosial14:45
Prezidentin 5 il sonra yenidən eyni vəzifəyə təyin etdiyi Elbrus İsayev kimdir? - DOSYE
-
Sosial14:18
Bu ərazilərimizə leysan yağır - FAKTİKİ HAVA
-
Qarabağ 13:28
“Yaxşı, Qarabağ Azərbaycan deyil...” - Paşinyandan yeni açıqlama
-
Dünya12:56
Bu iki ölkənin Əsəd üçün “Sezar” planı: bölgədə hər şey dəyişəcək
-
Cənubi Qafqaz12:50
Paşinyan tapşırıq verdi: sensasion siyahı hazırlanır - Yeni qalmaqal olacaq
-
Nida Xəbər 12:23
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi
-
İdman11:45
"Çelsi"nin əfsanəsi qızının çılpaq görüntülərindən narazılıq etdi: Ona deyirəm ki... - FOTO/VİDEO
-
Hadisə11:35
Sumqayıtda güclü partlayış: axtarış-xilasetmə əməliyyatı sona çatdırıldı - FOTO/VİDEO/YENİLƏNDİ