Ekopublika.az
"Azərkosmos" Universal yerüstü stansiyanın quracaq
"Azərkosmos" Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir-tikinti işlərinin aparılması ilə bağlı müqavilə imzalayıb.
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, "Azərkosmos" ASC “Tələt” şirkəti ilə müqavilə imzalayıb.
Müqavilə Yerüstü Peyk İdarəetmə Mərkəzində təmir-tikinti işlərinin
aparılması və müvafiq mal-materialların satın alınmasını nəzərdə
tutur. Müqavilənin ümumi dəyəri 46016,91 manatdır.
Universal yerüstü stansiyanın qurulmasının əsas məqsədi müxtəlif
(həm optik, həm də radar) peyklərdən real vaxt rejimində alınan
yüksək ayırdetməli məlumatların qəbulu üçün yerüstü infrastrukturun
yaradılmasıdır.
Yüksək ayırdetməli peyklərdən məlumatların əldə edilməsi və
universal yerüstü stansiyanın imkanlarından istifadə edilməsinə
dövlət sərhədlərinin monitorinqinin həyata keçirilməsi, ətraf
mühitin, havanın, dəniz sularının çirklənməsinin və neft
sızmalarının aşkar edilməsi, neft və qaz sənayesi tullantılarının
monitorinqi, meteorologiya və iqlim dəyişikliyinin proqnozu,
ekologiya və təbii sərvətlərin tədqiqatı, kartoqrafiya və
şəhərsalma işləri üçün müvafiq məlumatların əldə edilməsi,
fəlakətlər və fövqəladə halların aradan qaldırılmasına dəstək, kənd
təsərrüfatının dəstəklənməsi və s. daxildir.
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ