Azərbaycan peykindən 10 milyon dollar gəlir əldə edib
Bizi izləyin

Ekopublika.az

Azərbaycan peykindən 10 milyon dollar gəlir əldə edib

Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” peykindən 6 ay ərzində təxminən 10 milyon dollar gəlir əldə edilib. Barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovbildirib.

Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1” peykindən 6 ay ərzində təxminən 10 milyon dollar gəlir əldə edilib. Barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovbildirib.

Onun sözlərinə görə, peyk orbitə qaldırıldıqdan üç ay sonra kommersiya fəaliyyətinə başlayıb:

“Bu da orbitə çıxarılmasının yubanması ilə əlaqədar olub”.

O qeyd edib ki, peykdən əldə olunan gəlirlərin 90-95%-i xarici ölkələrə satılan resurslar hesabına əldə edilib.

Nazir bildirib ki, “Azerkosmos”un Amerikanın idxal-ixac bankı (Exim banka) 17 milyon dollar borcu olub.

Onun sözlərinə görə, Maliyyə Nazirliyinin 7 milyon dollar köməyi və peykdən əldə olunan 10 milyon dollar qazanc ilə borc ödənib.

Ə.Abbasov bu ildən peykin xərclərinin özünü ödəyicəyini, gələn ildən isə təmiz qazanc əldə edəcəyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm