Ekopublika.az
10 ayda 19 milyard 510,3 milyon dollarlıq müsbət saldo yaranıb
2014-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 146 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə əmtəə ixrac olunub, 133 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 32-si Amerika, 43-ü Asiya ölkələri və digərləridir.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, on ayda xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 34 milyard 234,1 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 26 milyard 872,2 milyon dollar, idxalın həcmi 7 milyard 361,9 milyon dollar təşkil edib, nəticədə 19 milyard 510,3 milyon dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,7 faiz artaraq 1,4 milyard dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 151,3 dollara bərabər olub.
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır