Köşə
Qurban Qurbanovun sədaqəti olmasaydı...
Sədi Məmmədov
“Qarabağ”dan yazmaq indi dəbdədi bir az… Qələbənin çoxlu “atası” peyda olub. Yetim məğlubiyyətələrdə komandaya hədə qorxu gələnlər indi biri-bririnin ardıyca qrup ehtimallarını sırlamağa girişiblər.
“Qarabağ” filan komandanı udmalıdı, filan komandayla heç-heçə oynamalıdı, filan komandadan qisas almalıdı, filan qədər xal toplamalıdı. Mən bu sıraya qoşulmaq istəmirdim.
Amma…
…Sizin bugünkü qədər aqressiv olmanızın əsas səbəkarı Qurban Qurbanovun SƏDAQƏTİDİR. Onun bu SƏDAQƏTİ olmasaydı, siz nə bu qədər qrupda olacaqdız, nə bu qədər qələbə ləzzəti görəcəkdiz, nə də indi başınızı yorğanınıza soxub, ordan “Qarabağ” filankəsdən qisas almalıdı” deyəcəkdiz.
İndi dağıdılmış Azərbaycan klublarınızla, küncdə-bucaqda gizlənmiş həvəskar futbolunuzla köks ötürə-ötürə ingilisin, fransızın, ispanın, almanın çempionatlarını izləyəcəkdiz. Yaxşı ki Qurban Qurbanovun SƏDAQƏTİ var.
Bəzən ziyanına işləsə belə, onun bu sadiqliyi son 100 illikdə Azərbaycan gerçəkliyində nadir hadisədir….
Bilirisiz, “Qarabağ” Çempionlar Liqasında niyə oynamır? Çünki o Sizə, ətrafına, prinsiplərinə sadiq qaldı. Heç zaman heç yerdə görmədiyiniz bu SƏDAQƏT hər oğulda olmur, mənim “ağzıgöyçək” qardaş və bacılarım!
Qurban Qurbanov okeanın o tayından Azərbaycana gətiridiyi, çörək verdiyi, məşhurlaşdırdığı, ona və “Qarabağ”a xəyanət eləmiş haitiliyə də sadiq qaldı. Onun yerinə son ana qədər heç kimi gətirmədi. Geryenin cığallıqlarına baxmayaraq Qurban Qurbanov öz peşəkarlığını ikinci plana keçirdi. İnsanın bu qədər qeyri-ciddi olacağına inanmadı. Hamıya öz könlündən boylandı.
Mən yüz faiz əminəm Gerye olsaydı, “Qarabağ” o cinahda elə kobud səhvə yol verməyəcəkdi, “APEOL”i udacaqdı və… “Ayaks”ı da keçəcəkdi.
Amma mən də Qurban Qurbanov kimi SƏDAQƏTİ seçərdim. Min məğbuliyyət bir sadiqliyin yanında bir heçdir… Böyük sadiqlik göstərmiş, bizlərə örnək olmuş böyük məşqiçimiz Qurban Qurbanov olduğu üçün minnətdaram.
Biz qrupdan çıxacağıq, ya yox? Məncə, bu, vacib deyil, əsas insandı, onun prinsipləri və sadqiliyidi…
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu











.jpg)



.jpg)

















