İlham Əliyev Ermənistan təbliğatının iç üzünü açdı
Bizi izləyin

Köşə

İlham Əliyev Ermənistan təbliğatının iç üzünü açdı

Müşfiq Ələsgərli

Azərbaycan informasiya savaşında da öndədir. Müharibənin indiki məqamında Rusiyanın “Rossiya l” telekanalının Prezidenti İlham Əliyevlə geniş müsahibə alaraq yayımlaması, faktiki olaraq, bütün Rusiya Federasiyası ictimaiyyətinin Qarabağ ətrafında baş verən hadisələr barədə obyektiv və dolğun informasiya almasını təmin etdi. RF-nin bu müharibədə təsir imkanlarını nəzərə almaqla Prezidentin son müsahibəsinin mahiyyətinə varmaq mümkündür. Prezident bu müsahibə çərçivəsində verilmiş imkanlardan maksimum yararlandı; sentyabrın 27-də Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı:

• Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri, döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur olub;

- Prezident İlham Əliyev Ermənistanın dinc əhaiyə qarşı müharibə apardığını, Ermənistan ordusunun əsas hədəfinin yaşayış məntəqələri və mülki əhali olduğunu faktlarla göstərdi:

• Təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var;

- Prezident İlham Əliyev Rusiyanın aparıcı mediasında Türkiyənin maraqlarını qorudu və qardaş ölkəni müdafiə etdi:

• Türkiyə Azərbaycanı, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Türkiyə Azərbaycana mənəvi dəstək verir və hazırkı vəziyyətdə onun başqa rolu yoxdur;

- Prezident İlham Əliyev həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi:

• Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və Azərbaycan danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıdır. Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əxribatlar törədir.
• Ermənistan təxribatlar törətməklə Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq istəyir;
• Ermənistanın hərəkətlərinin və bəyanatlarının xronologiyası göstərir ki, bu ölkə təxribata uzun müddətdir hazırlaşıb və şüurlu şəkildə gedib;
• İyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədindəki yaşayış məntəqələrimizə silahlı hücum etdi;
• Təxribat qrupu Erməni tərəfi açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan eti;
• Şuşada – Azərbaycan mədəniyyətinin qədim incisində cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirdilər
• Ermənistan ardıcıl və şüurlu şəkildə Azərbaycana qarşı provokasiyalar törətdi, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etmək istədi

- Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin avtoritar və diktator mahiyyətini ifşa etdi, Paşinyanın Sorosun əlaltısı olduğunu açıq bəyan etdi:
• Ermənistanda daxili siyasi böhran hökm sürür;
• Bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır;
• Paşinyan çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, ölkə böhran içindədir;
• Paşinyana bir xarici amil, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın;
• Azərbaycana hücumdan iki gün əvvəl Ermənistanın əsas müxalifət partiyasının lideri həbs edildi
• Paşinyanın diktator, despotik rejimi öz ölkəsindəki bütün müxalifəti məhv edib və indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirir.

- Prezident İlham Əliyev Ermənistan təbliğatının iç üzünü açdı, bu ölkə tərəfindən dövriyyəyə buraxılan yalan məlumatların məqsədini göstərdi:

• Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır
• Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Bu gün müasir texnologiyalar dövründə nəyisə gizlətmək çox çətindir. Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur;
• Erməni tərəfi yalan xəbərlər yaratmaqla öz ərazi bütövlüyünün bərpası vəzifəsini şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin münaqişənin genişləndiyi, ona üçüncü ölkələrin qoşulduğu rəyini formalaşdırmaq və öz təxribatına haqq qazandırmaq məqsədi güdür;
• Azərbaycanda Suriyadan muzdlular olmasə barədə iddialar növbəti feyk-nyusdur. Ermənistandan fərqli olaraq Azərbaycanın hazırlıqlı ordusu və çox böyük səfərbərlik ehtiyatı var. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qabildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm