Köşə
Mir Cəlal ocağının Mehriban xanıma duası...
Aynur Camalqızı
“Mən həmişə ona görə narahatam, çünki o, meydana çıxıb, hədəfə çevrilib. İnsanlar, sadə insanlar daim ondan danışırlar. Ümumiyyətlə, əhalinin bütün təbəqələri ona öz rəğbətini bildirirlər və o da belə atmosferdə səhv etməməlidir. O, heç bir, hətta xırda qüsurlara da yol verməməlidir”.
Hörmətli Arif Paşayevin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında bu sözləri sosial şəbəkələrdə trendə çevrilib və xüsusi maraqla paylaşılır. Çünki burda, övladın hansı həcmdə və miqyasda olmasından asılı olmayaraq, valideynin övlada münasibəti, onu qorumaq və daim xoşbəxt görmək arzusu, eyni zamanda narahatlığı ifadə olunub.
Arif Paşayevin bu sözlərində Mehriban xanıma sonsuz sevgidən qürurlanma da var və bu, doğrudan da bir övlad üçün böyük səadətdir. Valideynin övladla qürur duyması övladın çata biləcəyi ən yüksək mənəvi mərtəbədir.
Arif Paşayev bu sonsuz sevgiyə azacıq toz qonmasına belə razı deyil və ata nəsihətini verir: “O, heç bir, hətta xırda qüsurlara da yol verməməlidir!”
Bu sözlər həm də sanki bir duadır - Mir Cəlal ocağının duası və Mehriban xanımı daim qoruyur.
***
Mehriban Əliyeva niyə bu qədər sevilir? Niyə ona sonsuz sevgi var? Niyə onun adı Gözəllik, Mərhəmət, Himayə, Yaxşılıq, Nəciblik sözləri ilə qoşa çəkilir?
Bu sualların cavabı yalnız və yalnız Mehriban xanım Əliyevanın xeyirxahlığı, insanpərvərliyi, Vətən sevgisi ilə deyil, həm də naturası, siması, xarakteri ilə birbaşa əlaqəlidir.
Mehriban xanımın xarakteri simasında cəmlənib. Mövlanə demişkən, necə görünürsə, o gözəllikdədir və necə gözəllikdədirsə, siması da o qədərdir!
Daun xəstələrini bağrına basmaq, onlara əli ilə yemək yedizdirmək və onlarla saatlarla vaxt keçirmək heç bir halda “ağıl işi” deyil: Bu, başdan-başa Ürək işidir, sevgidir, sonsuz, sərhədsiz humanizmdir.
Bu böyük Ürək strateji düşüncə ilə birləşəndə Mehriban xanımın real portreti tamamlanır.
***
Şeyx Şamilə “Sənə niyə bu qədər böyük sevgi, böyük hörmət var” deyə sual verəndə “Bunun cavabı xanımımdır” demişdi.
Bu, bəlkə də bir rəvayət ola bilər, ancaq özündə böyük həyat fəlsəfəsini inikas etdirir.
“Hər uğurlu Kişinin arxasında bir Xanım, hər uğurlu bir Xanımın arxasında bir Kişi var” deyimi təsadüfən yaranmayıb və əslində Şeyx Şamildən gətirdiyimiz iqtibasın bir ayrı formasıdır.
Prezident İlham Əliyevin bir neçə gün öncə “CNN Türk”ə müsahibəsində Mehriban xanım Əliyeva haqda danışması çox mətləblərə işıq salır.
“...Müharibə bitəndən sonra evdə Mehriban xanım məndən xahiş etdi ki, sən Allah, bir də “Nə oldu, Paşinyan?” demə və bu işləri bitir. Hər şey bitdi, bu da bitsin”.
Bu, Prezidentin sözləridir. Nə gizlənib bu sözlərdə?
Hər şeydən öncə qarşılıqlı düşüncə, mənəvi dəstək, dövlət ərkanı! Ali Baş Komandanın bu ifadəsində və sözlərində sonsuz səmimiyyətlə bərabər, əminlik var, Mehriban xanıma güvənc var. Bu, həm də bir türk əxlaqıdır: Xaqanın yanında düşmənə qarşı belə humanizm göstərəcək qəlbə malik Xatun!
Mehriban xanımın bu sözləri onun humanizminin, insanpərvərliyinin sərhəd tanımadığının göstəricisidir və artıq bu fakt niyə Heydər Əliyev Fondunun dünyada sinaqoq, kilsə və xristian abidələrinin də qorunması üçün əmək sərf etdiyinin nədənidir. Hər biri könüllə, ürəklə edilir, hər işdə səmimilik, insanlıq var.
Həmçinin bu düşüncə millidir, milli kökləri, ənənələri var və dinidir, islamidir, Peyğəmbər soyuna bağlılığın göstəricisidir.
Bu milli əxlaq, dövlət ənənəsinə bağlılıq Mehriban xanımın bütün addımlarında özünü göstərir: O, hər zaman Prezidentin, Ali Baş Komandanın yanındadır və hər zaman bir addım arxada dayanır.
İşğaldan azad olunmuş ərazilərə səfərlərdə Prezidentin müşayiət edən Odur. Ancaq Mehriban xanım daha az görünür və hər dəfə özünü “kadr arxasında” saxlayır. Ailənin böyüyü, Dövlətin böyüyü, Qalib sərkərdə hər zaman öndə olur!
Məhz Ali Baş Komandanı Mehriban xanım Əliyeva özü kadra alır, özü çəkir. Hər addımında Qalibi, Böyüyü göstərir.
Bu, Şeyx Şamilin dediyi, ailə, dövlət, milli, dini əxlaqdır.
***
Mehriban xanım hətta yerişində belə səhv etmir və məncə, Arif Paşayev bunu çox gözəl bilir: Mehriban xanım addımlarında da məsafəni, ərkanı qoruyur və Ali Baş Komandana sevginin ikiyə bölünməsinə imkan vermir. Gözəgörünmədən, ifadə etmədən, təhtəl-şüuri olaraq bütün beyinlərə informasiya ötürür: Sevgi ünvanı İlham Əliyevdir deyə!
Mehriban Əliyeva özünə yönələn sevgiləri də İlham Əliyevə ötürür və Prezidentin obrazını tam mənasında tamamlayır, bütövləşdirir. İlham Əliyev həm də ona görə əmin, arxayın, güvəncli, qüdrətlidir; ona görə böyük strateqdir; ona görə günün 17 saatını işləyə bilir; ona görə bu dövləti, Azərbaycanı bütövləşdirməyi bacaran Şəxsdir!
Çünki Özü tamdır, bütövdür və Mehriban xanımın bu Tamlıq və Bütövlükdə payı misilsizdir!
***
Mehriban xanımın Qarabağda, Cıdır düzündə muğam səslənməsi istəyinin Ermənistanda doğurduğu rezonans yəqin ki, xatirinizdədir. Ehtimal ki, cavabları da unutmamısınız!
Mehriban xanımın bu istəyini dilə gətirməsindən 1 il sonra Şuşa və Cıdır düzü artıq azadlığına qovuşmuşdu, o rezonans doğuran sözlərdən 1 il yarım sonra isə Cıdır düzündən oxunan muğam bütün dünyaya yayıldı.
Mey məclisi qurulub, eyş-işrətlə məşğul olunan yerdə bir il yarım sonra armudu stəkanda, mürəbbəli və paxlavalı çay süfrəsində Prezidentimiz, Birinci vitse-prezidentimiz və Leyla xanım əyləşmişdi.
Bu antoqonizmin ötürdüyü informasiyaları anlamamaq mümkün deyil: Şərin yerinə Xeyir gəlmişdi – bütün milli çalarları ilə, milli ornamentləri ilə, milli varlığı ilə...
Həmin zaman sosial şəbəkələrdə bir söz məşhur idi: Mehriban xanım prinsipial liderdir, istəyini etdi, Cıdır düzündə festival keçirdi!
Mehriban xanımın milli, dini, əxlaqi məsələlərdə necə prinsipial olduğunu və nələr etdiyini saysaq, böyük bir kitab alınar. Ancaq məncə, konkret olaraq bu məsələdə Mehriban xanımın uzaqgörənliyi, strateji düşüncəsi və ən əsası, Haqlı, İnamlı olmasından, Xeyiri təmsil etməsindən danışmaq lazım gəlir. Mehriban xanım o yerlərə mənəvi böyüklüyümüzü bir an tez qaytarmağa tələsdi, otun, gülün və əlbəttə ki, Xarıbülbülün bir an tez mənəvi işğaldan qurtarmasını istədi və bunu da etdi.
Bu, təkcə prinsip deyil, həm də bəsirətdir, Vətənin torpağına, daşına, otuna-alağına qədər sevməkdir; Cıdır düzünün havasını şər qoxudan təmizləmək üçün mərasim, törəndir.
Mehriban xanımın Şuşada keçirdiyi festival bir ritual, dua idi...
***
Mehriban xanım heç nəyi sələfindən hazır şəkildə qəbul etməyib.
Heydər Əliyev Fondu kimi bir qurum olmayıb Azərbaycanda; Birinci vitse-prezidentlik institutu da olmayıb.
Biz Birinci Xanım institutunu da Mehriban xanıma qədər görməmişik.
Bu ənənələri yaradın Mehriban xanım özüdür. Heç nəyi təhvil almadan, heç bir ənənə olmadan böyük bir ənənələr yaratmaq artıq insanın yaradıcı olmasının göstəricisidir.
Bütün yaradıcılar isə Yaradanın himayəsindədir və örnəkdir, öyrədəndir.
Biz hamımız ondan öyrənirik: ailə dəyərlərini, milli ənənələri himayəsindən tutmuş dövlət ərkanının necə olmasına qədər, hər şeydə Mayak Odur!
Bu gün ad günüdür Mehriban xanımın və arzum budur: Ölkəmizin, Dövlətimizin, Humanizmin, İnsanlığın, Ərkanın, Əxlaqın və Milli Varlığımızın Mayakı heç zaman sönməsin!
26.08.2021
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO