Köşə
Pelosinin "göz yaşları"ndan üzü BMT-yə...
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Ermənistanı növbəti dəfə işğalçı dövlət kimi tanımalıdır.
Yəni, adıçəkilən qurum 1993-cü ildə olduğu kimi işğalçı qonşularımızla bağlı növbəti qətnamə qəbul etməlidir.
Çünki Ermənistan hələ də beynəlxalq hüquq müstəvisində tanınan Azərbaycan ərazilərini işğal altında saxlayır.
Söhbət Qazaxın 7 kəndindən və Naxçıvanın Kərki yaşayış məntəqəsindən gedir. Hazırda bu ərazilərin ümumi sahəsi 1000 km²-dən çoxdur.
Eyni zamanda, Qazaxın Aşağı və Yuxarı Əskipara kəndlərində ermənilərin dinc əhaliyə qarşı həyata keçirdiyi qətliamlar dünya ölkələrinin parlamentləri tərəfindən soyqırımı aktı kimi qiymətləndirilməlidir. Bunun üçün sadəcə hamımız Azərbaycan həqiqətləri adına hərəkətə keçməliyik.
Söhbət Zəngilan rayonunun təxminən yeddidə biri qədər olan ərazilərdən gedir. Özü də bu ərazilər 1990-1992-ci illərdə işğal olunub.
Ona görə də bu ərazilərin işğalı nəticəsində Azərbaycana dəymiş ziyanla bağlı ayrıca işlər görülməli, Ermənistandan təzminat tələb olunmalı, Başkəndin tarixi Azərbaycan ərazisi olması isə tarixi faktlarla sübuta yetirilməlidir.
Fikrimcə, Azərbaycan Xarici İşlər Nazirliyi xaricdəki səfirliklərimiz və diaspor nümayəndələrimizlə birgə bu istiqamətdə fəaliyyətlərini sistemləşdirməli, daha da təkmilləşdirməlidir.
Əgər bu istiqamətdə yaxın bir ildə sürətli işlər gerçəkləşdirilməsə, o zaman "pelosilər", "pekresslər"in "erməni xəmiri" çox su aparacaq.
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvandakı "göz yaşları" və sərsəmləmələri bizi bu haqda ciddi şəkildə düşünməyə təhrik etməlidir, vəssalam!..
Bu sətirləri "Pelosinin İrəvandakı "göz yaşları"ndan BMT-yə məktub" kimi düşünə də bilərsiniz...
Tural Turan
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
































