Köşə
Qapalı Praqa görüşü: Yenə erməni TƏXRİBATI olacaq?
Bu gün Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Pasinyan bir araya gələcək. Görüşdə böyük Sülh sazişi, 5 baza prinsipi və köməkçi müddəalar üzrə yekdil razılığın əldə ediləcəyi inandırıcı görünmür.
Buna baxmayaraq, delimitasiya və demarkasiya, anklav-eksklav nüansları ilə bağlı ciddi irəliləyiş əldə oluna bilər. Çünki Qazaxın 7, Naxçıvanın 1 kəndi ilə bağlı məsələlər həll olunmadan böyük sülh sazişinə doğru iri addımlar atmaq mümkün deyil.
Əgər budəfəki görüşdən də bir nəticə hasil olmasa, sərhəddə vəziyyət yenidən qarışacaq. Ermənistanda Nikol Paşinyana etimadsızlıq göstərən hərbçilər "ağa"larının xahişi ilə yenidən aranı qatmağa çalışacaqlar.
Hələlik Nikol Paşinyana təxribatçı addımlar sərf etmir. Çünki istənilən gərginlik ölkəsinin daxilinə sirayət edir ki, indiki məqamda hakimiyyəti bir tükdən asılı olan Nikol Vovayeviç istənilən gərginlikdən yayınmağa çalışır. Eyni zamanda, Paşinyan Azərbaycan Ordusunun təxribatlara necə cavab verəcəyini də çox yaxşı başa düşür.
Bu məqamda Türkiyənin və İsrailin müdafiə nazirlərinin Bakıya gəlişi ilə bağlı nüansı da yaddan çıxarmaq olmaz. Üstəlik, İranın baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeri də öz təşəbbüsü ilə müdafiə naziri Zakir Həsənovla telefonla danışıb. Deməli, İran yaxın günlərdə bölgədə baş verəcək ciddi toqquşmaların qoxusunu alıb və "öz maraqları"na təminat almaq üçün Bakıdan bir sıra xahişlər edib.
Bundan başqa, əgər Praqada əhəmiyyətli nəticələr əldə olunarsa, İrəvandakı revanşistlər yenə də küçələrə axışacaq. Bu dəfə onların sayı o qədər də çox olmayacaq. Çünki erməni cəmiyyətinin əsas hissəsi mövcud şərtlərlə barışıb.
13-14 sentyabr olaylarında bunu bir daha gördülər. Üstəlik, istənilən itki təkcə Ermənistan hakimiyyətinə yox, həm də radikal erməni müxalifətinin dayaqlarına ciddi zərbə vurur. Övladları cəbhədə heç nəyin uğrunda ölən valideynlər də artıq məsələnin birdəfəlik həllini gözləyirlər.
Düşünürəm ki, bugünkü görüşdə sülh sazişi ilə bağlı hər hansı baza sənədi imzalana bilər ki, bu da ilin sonuna qədərki proseslərdə tərəflərin birgə işləməsi üçün şərait yaradacaq. Ümumiyyətlə, budəfəki görüşdə də Kreml amili nəzərə alınaraq şifahi razılaşmaya üstünlük verilə bilər.
Tural Turan
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN












.jpg)





















