Köşə
"Zerkalni" ölüm-doğum günləri
Bu gün harmonik tarixdir, 01.11.2022... Görünüşü də gözəldi, səslənişi də, boy-boya düzülüşü də...
Bu günlə bağlı bir neçə cümləlik sözüm olacaq.
Bir dəfə yolum qəbiristanlıqdan düşmüşdü. Yox, tabutun içində deyildim, arxasında gedirdim. Yaxın dostumuzun atasının dəfnində iştirak edirdim. Dəfn zamanı gözümə bir qəbir sataşdı, gördüm ki, bir il əvvəl rəhmətə getmiş şəxsin başdaşının üzərindəki ölüm tarixi dəfn olunanın ad-soyadından böyükdür. Əvvəl məni pıqqıltılı bir gülmək tutdu. Tez özümü yığışdırdım.
Baxıdım ki, ölüm tarixinin ad-soyaddan böyük yazılmasının səbəbi var: 11.11.2011...
Sən demə, bu məqam yanımızdakı dostumuzun da gözlərinə ilişib. Qayıdasan ki, zalım oğlu 73 il heç nə ilə yadda qalmayıb, bircə ölüm günündən başqa...
Dilim farağat durmadı:
- O da, ölənin yox, öldürənin məharətidi... (gülüşdük).
Hələ sizə məşhur professorun başdaşından danışım. Dəqiq yadımda idi ki, öldüyü və dəfn edildiyi tarix 2018-ci ilin avqustun 27-si idi. Amma başdaşında tanrının hüzuruna vardığı tarix "28.08.2018" kimi göstərilmişdi. Deyə bilərsiniz ki, bəlkə siz yanılırsınız, yox, keçmiş müdirimin ad günü idi, yanıla bilmərəm. Görünür, professorun bahalı avtomobil nömrəsi həvəskarı olan oğlu öz arzusunu atasının başdaşında gerçəkləşdirmək istəyib və bu dəfə alındırıb.
Sizə hardan deyim, kimdən danışım, qonşumuz Taksi Vəlidən. Yaman baməzə adamdı. Deyir ki, altı-yeddi ilin söhbətidir, may ayının 5-i telefonuna zəng gəlir. Telefonun o başındakı köhnə müştərisi Vəliyə həyəcansız, sakit şəkildə deyir ki, saat neçədə boşsan, arvad doğacaq, xəstəxanaya aparmaq lazımdır. Qonşum da qayıdır ki, ayə, zalım, boş vaxt nədir, hazırlaşıb çıxın, 2 dəqiqəyə blokunuzun ağzındayam.
Vəli qağam gördüklərindən şoka düşür. Müştərisi arvadının qolundan tutub danışa-danışa, gülə-gülə pilləkənlərdən düşürlər. Maraq bizim Vəlini bürüyür. Qapını açır, hamilə qadın arxada əyləşir. Yolda marağını basdıra bilməyib soruşur:
- Qardaş, ayıf da olmasa, soruşajam, əə, bə bu arvadın sancısı-zadı yoxdumu? Birinci dəfəmdi ki, bu maşın doğum evinə iniltisiz geder...
Vəlinin müştərisi qayıdasan ki, əslində qadının doğuş vaxtı 9 maydı, amma "zerkalni" olmadığı üçün 5 maya çəkiblər, 05.05.2015...
Vəli qağam deyir ki, elə bircə cümlə ağzından çıxarmağa gücü çatıb:
- Qələbə gününə tüşördü a zalım, tifilin ad gününü hər il dövlət özü qeyd eliyejeydi, əmbə indi özünüzü zivilə saldınız...
Ta keçib, bir etiraf da özümdən edim: Mənim də arada xuruşluğum tutub, yazdığım şeirlərin altına yalandan "zerkalni" tarixlər qoymuşam. Amma insaf da yaxşı şeydi, bu, ya "zerkalni" tarixlərdən bir gün sonra, ya da bir gün əvvəl yazılan şeirlərə təsadüf edib. Başqa vaxt bu cür əllaməlik eləməmişəm...
01.11.2011
Tural Turan
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
































