Köşə
Sən demə, Tanrı da ona azarkeşlik edirmiş
Natiq Muxtarlı
İlahi, sən bir adamı nə qədər sınağa çəkərmişsən? İlahi, sən bir adamı nə qədər mükafatlandırarmışsan?
İlahi, bir adam sənin sınaqlarından nə qədər üzüağ çıxarmış? Əvvəlcə fitri istedad verdin. Hələ uşaq vaxtı hamı onun bu istedadından danışırdı. Sonra da özün məsləhət bildiyin xəstəlik. Və yenə də özün işıq göstərdin. O uşağı apardılar, müalicə etdilər. Etdilər və başladı bütün dünyaya zövq aşılamağa. Dünyanın futbol zövqünü dəyişdi. İlahi, yəqin ki, sən özün futbolun belə gözəl görünməsini istəyirdin.
Hər mükafatı verdin ona, İlahi, birindən savayı. Dünya çempionu ola bilmirdi. Bir dəfə finalda “uduzmağın məsləhətdir” dedin. Növbəti sınaq idi, hə? Yəqin ki, sınıb-sınmayacağını yoxlayırdın. Sınmadı ki…
Hamı bilirdi ki, bu, sondur. Hamını da Tanrının nə düşündüyü maraqlandırırdı. Tanrı yenə də sınaqla başladı. Elə ilk oyunda məğlubiyyət.
Sonra qələbələr və yenə də sınaq – 2 top üstünlüyü əldən verib, penaltidə qələbə qazanmaq. Sonra yenə də möhtəşəm mükafat – parlaq oyun, parlaq qələbə.
Və sonuncu oyun. Belə gözəl və dramatik ssenarini başqa kim yaza bilərdi, İlahi, səndən savayı? Yenə də 2 top üstünlüyün əldən verilməsi… Və lap sonda qapıçının qaytardığı o zərbə nə idi, İlahi? Adamın əsəblərinin, yoxsa ürəyinin möhkəmliyini yoxlayırdın, yoxsa? Və nəhayət, mükafat. Ən böyük mükafatını verdin adamın.
İlahi, demə, sən də ona azarkeşlik edirmişsən ki… Öz yaratdığın mükəmməl varlığa özünün azarkeşlik etməsində qəribə nə var ki? İlahi, bəşəriyyətə ondan da mükəmməl varlıq-futbolçu hazırlayırsan yenə? Onun karyera ssenarisi necə olacaq? Adam təsəvvürünə gətirəndə az qalır ki, dəli olsun. Bizi dəli etmə, İlahi. Biz də sənin bəndələrinik axı.
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək






































