Köşə
İlham Əliyevin ad günü şifrələri: Hədəf Qərbi Azərbaycandır
Mən artıq neçə illərdir ki, Azərbaycan dövlətinin yaxın gələcək üçün atacağı qlobal və regional addımları Prezident İlham Əliyevin öz ad günündə iştirak etdiyi məkanlarla və orda verdiyi mesajlarla müəyyən edirəm. Uzun illər İlham Əliyev öz ad gününü Qarabağın işğal olunmamış ərazilərində, ermənilərlə cəbhə xəttində olan məkanlarda, məcburi köçkünlərlə keçirdi. Və məhz o məkanlardan, bir başa cəbhədən ermənilərə və dünya güclərinə mesajlarını verdi.
Nəhayət, Qarabağ bu gün Azərbaycandır.
Düzdür, hələ mübarizə, diplomatik savaş davam edir. Amma gerçək o ki, Qarabağ artıq sorğu-sualsız Azərbaycandır. Bunu Qarabağ erməniləri də, Ermənistan hökuməti də, onların havadarları da dəqiq bilir.
Amma… Savaş bununla bitmədi. Və yaxud bitməyəcək…
Tam qələbə, bütöv qələbə hələ qabaqdadır…
Yeni hədəflər, yeni savaşlar var…
Ad günü şifrələri
Bu hədəfləri və savaşın ünvanını bilmək üçün mən yenə Prezident İlham Əliyevin bu gün keçirilən ad günü mərasiminə diqqəti yönəltmək istəyirəm.
Bu gün Prezident İlham Əliyev öz ad gününü Qərbi Azərbaycanın artıq bir parçası hesab olunan Qərbi Azərbaycan İcmasının yeni inzibati binasında keçirdi. Binanın açılışını etdi və bu məkandan yenə ermənilərə, onların havadarlarına və dünya güclərinə mesajlarını verdi.
Bizə isə konkret hədəflər göstərdi…
Gerisi artıq gərgin iş və ciddi adamlarla, ciddi mübarizə tələb olunur.
Ali Baş Komandanın bu gün etimad göstərib, ön sıraya çıxartdıqları isə döyüşün qəhrəmanlarını düzgün seçməlidirlər. Çünki döyüş çətin və ağır olacaq. Erməni hiyləgər, məkrli və arxalıdır. Bizim həmrəyliyimiz, intellektimiz və mübarizliyimiz qalib olmağa imkan verəcək. Satqınlar, pulgirlər, vəzifə, mövqe xəstələri bu haqq savaşında yer almamalıdırlar.
Əks təqdirdə…
P.S Qərbi azərbaycanlı kimi Ali Baş Komandan, Prezident İlham Əliyevi ad günü münasibəti ilə mən də təbrik edirəm. Özüm qarışıq bütün Qərbi azərbaycanlılara isə Ali Baş Komandan tərəfindən verilən bütün əmrləri peşəkar şəkildə həyata keçirməyi və sadiqlik arzu edirəm.
Şöhrət El-Dəniz
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
































