Köşə
İranda Cavid Mürtəzaoğlu təhlükəsi - Pastorlar Azərbaycan və Türkiyədə yetişdirilir?
Şərqi Azərbaycan vilayəti İslam Təbliğatı idarəsinin baş direktoru Höccətül-islam Seyid Mahmud Hüseyni vilayətdə sünniliyin genişlənməsi və yevangelist icmalarının yayılmasından təhlükə kimi bəhs edib. Onun dediyinə görə, vilayətdə, xüsusən Təbriz şəhəri və ətrafında boşalmış 3 kənddə yevangelistlərin fəallığı yüksəkdir. Pastorlar Azərbaycan və Türkiyədə yetişdirilir. O bildirib ki, 60 qədər xristianla xüsusi iş aparıldıqdan sonra yenidən islama qayıdıblar. Yada salaq ki, hərbi çevrilişlərdən sonrakı illərdə Türkiyədə də belə inandırma guşləri (ikna odaları) fəaliyyət göstərib. Sonradan ifadə azadlığına ifrat müdaxilə halı kimi 80-ci illərdə ləğv edilmişdi. Seyid Mahmud Hüseyni ali təhsil müəssisələrində bəhailiyin, eləcə də “Əhli haqq” təriqətinin mistisizm kimi geniş yayılması təhlükəsindən danışıb . O deyib ki, təriqətin geniş yayılmasının qarşısını almaq üçün addımlar atırlar. “Əhli haqq” icması Cənubi Azərbaycanın ənənəvi dini icmalarındandır. İcmanın tanınmış simalarının çoxu dini ayrı- seçkiliyə məruz qaldıqları səbəbindən İranı tərk edib. Onların sırasında tanınmış əhli -haqq təbliğatçısı, dini musiqi ifaçısı, Türkiyədə yaşayan Cavid Mürtəzaoğlu 2020-ci il yayında koronovirusdan vəfat edib.
19-cu əsrdə əsasən cənubi azərbaycanlılar və Gilan-Mazandaran xalqları arasında yaranmış bəhailik isə hazırda İranda yasaqdır. Təbriz imamcüməsindən və baş islam təbliatçısından fərqli olaraq, İran sünnilərinin dini lideri Abdolhamid İsmaelzahi (Movləvi Əbdülhəmid) bəhailərin sıxışdırlmasının yolverilməz olması haqda xütbə oxuyub. O son etiraz aksiyalarına rəğbət ifadə edən, qadın azadlığını dəstəkləyən çıxışları ilə də məşhurdur.
Cəmaləddin Quliyev
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
































