Köşə
20 yanvar irsinə qəsd - Cəmaləddin Quliyev yazır
Ərdəbilin imam cüməsi Həsən Ameli yenidən meydana qayıdıb. Bu dəfə o yanvarın 19-da həm ənənəvi həftəlik xütbəsini söyləyib, həm 20 yanvar gününü özünəməxsus interpretasiyada təqdim edib. “Dünya azərbaycanlı müsəlmanlar” günü adıyla keçirilən tədbirdə çıxış edən Həsən Ameli deyib ki, yanvar ayı azərbaycanlılar üçün çox mühüm və unudulmaz bir gün, tarixin bir parçasıdır. “Çünki bu gün kommunistlərin 70 illik səyi boşa çıxdı və Azərbaycan Respublikasından olan azərbaycanlılar tikanlı məftilləri qıraraq qaynayan Arazı keçib İrana gəldilər. Bu böyük hərəkat, ilk növbədə, tarixi vətənimiz olan Baba Torpağa və Baba Ocağına sevgidən və hələ də İrana məxsus olduğumuzdan irəli gəlirdi”, - deyə o təhrifini təqdim edib.
Daha sonra imam cümə Azərbaycanın İsraildə səfilrik açması xəbərini şərh edərək Azərbaycan xalqı adından Azərbaycan dövlətini ittiham edib: "Bizim İslam ümmətinin düşmənlərini pak torpağımıza və vətənimizə gətirməyə haqqımız yoxdur və münasibətləri normallaşdırmaq əvəzinə, bu rejimin, Qurana, İslama və İslam ümmətinə etdiyi xəyanətlərə nəzər salmaq daha yaxşı olar. Biz azərbaycanlılar sionist rejimin məhəlləmizdə mövcudluğu ilə alçaldılmışıq və heç bir şəkildə bu rüsvayçılığı qəbul etməyəcəyik və sionist rejimin Azərbaycandakı səfirinə müraciət edirik ki, bəyanat versin ki, dünya azərbaycanlılarının saxta rejimlə heç bir əlaqəsi yoxdur”.
Analoji tədbir Təbriz şəhərində də keçilib, lakin tədbirdən mətn deyil, fotoreportaj təqdim edilir. Xatırladaq ki, H.Amelinin təşəbbüsü ilə bir müddətdir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də fərqli interpretasiyada təqdim olunur. Həmin gün şimali azərbaycanlıların “həsrət qaldıqları tarixi vətənə-İrana canatımı” kimi yozulur.
Təəssüf ki, bəzi mühacir fəalların 20 yanvar siyasi irsi və hakimiyyət mövzusunda gəzişmələri ilə H.Ameilinin tezisləri arasında müəyyən sinxronluq, bir-birini tamamlama hiss olunur.
Cəmaləddin Quliyev
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək































