Köşə
Ağayi Xamenei, o “şir”in yanını yudunuz?
Ağayi mollaların ritorikası bəlli: Bütün dünyanı hədələmək, xox gəlmək. Əllərindən də bir iş gəlmədiyi də məlum. Terrorçu Qasim Süleymani gəbərdiləndə hədə qalmadı, püskürdülər: ay belə qisas alacağıq, ay elə dağıdacağıq.
Evlərinə girib nüvə alimlərini cəhənnəmə vasil edirlər, silah zavodlarını dağıdırlar. Yenə də “püləyirlər”: qisas ağır olacaq. 5-6 günahsız şəxsi “agent” kimi həbs etməkdən başqa çarə tapa bilmirlər.
Adamın yadına Azərbaycandakı məşhur lətifə düşür. Əliş kişi qonşusu ilə dalaşır və bağıra-bağıra “belə edərəm, elə edərəm” deyir. Eyvandan bu mənzərəni seyr edən arvadı dözməyərək deyir: “Nəynən, ay Əliş?”
İndi biz “Nəynən, ay ağayi Xamenei?” sualını verməyək, eləcə, başa salaq.
Amma əvvəlcə Azərbaycanı hədələyən şarlatan mollalardan birinin hədyanını yada salaq – “Şirin quyruğunu tapdalamayın”.
İndi isə gələk mətləb üstünə. Tehranda Azərbaycan səfirliyinə ediləm hücum xalis terrordur. Özü də bəsit formada, yəni molla başı ilə hazırlanmış terror.
Amma deyək ki, mollalar həqiqəti deyir, bu, terror deyil, məişət zəminində törədilmiş cinayətdir. Yəni bizi hücumun motivi yox, ağayi Xameneinin “şir”i maraqlandırır bu məqamda. Səfirliyin təhlükəsizliyinə cavabdeh olan fars polisi və ya “şir”i.
O “şir”i deyirəm ki, silahlı terrorçunu görən kimi şalvarına batırdı. Bunun oyan-buyanı yoxdur ha. Adam, həqiqətən şalvarına batırdı. Əli silahlı şəxsi görən kim çökdü stula “şir”.
Və yəqin ki, şarlatan mollalar bütün dünyanı hədələyəndə, səfirliyimizin təhlükəsizliyinə cavabdeh olan o polisə, yaxud da ki, “şir”ə arxayın olublar.
Ağayi Xamenei, şir, sizin güvəndiyiniz o fars polisi deyil, şir, səfirliyin daxilində silahlı şəxslə əliyalın mübarizə aparıb onu zərərsizləşdirən o azərbaycanlıdır.
Ağayi Xamenei, indi zəhmət çəkin, şalvarını batırmış o polisin, lənət şeytana, “şir”in dalını yuyun, tövsiyə edin ki, həm də qüsullansın. Elə özünüz də qüsul alsanız, pis olmaz. Qüsul alanda təmiz olur adam. Gərəkdir ki, hər bir müsəlman təmiz olsun. Sözün hər mənasında!
Natiq Muxtarlı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı













.webp)


















