Magazin1
Hücuma məruz qalan Elgiz Əkbər: “Geri dönməyəcəyəm” - FOTO
ANS telekanalının məşhur siması Elgiz Əkbərə qarşı haker hücumu olub. Belə ki, teleaparıcının “Instagram” sosial şəbəkəsində olan hesabı sındırılıb.
Bu barədə telejurnalist publika.az-a
açıqlamasında deyib. Ancaq bunu kimin və nə məqsədlə etdiyini
bilmədiyini vurğulayan Elgiz Əkbər məsələni hüquq-mühafizə
orqanlarının araşdıracağını söyləyib:
“Təəssüf edirəm ki, “Instagram”dakı hesabımı sındırıblar. Həmin
sosial şəbəkə vasitəsilə tamaşaçılarımla birbaşa ünsiyyətdə
olurdum. Şərhlərdən tamaşaçıların efirdə baş verənlərə münasibətini
öyrənə bilirdim. Bu baxımdan sosial şəbəkənin müsbət cəhəti çox
idi”.
Haker hücumunu kimin təşkil etməsinə gəlincə, Elgiz Əkbərin bəzi
şübhələri olsa da, konkret kimin belə bir addım ata biləcəyi ağlına
gəlmir:
“2 ay idi ki, həmin sosial şəbəkədə qeydiyyatdan keçmişdim. Bu
qısa vaxt ərzində 30 mindən çox izləyicim var idi. Elə izləyicilər
var idi ki, mənim şəkillərimin altında müxtəlif telekanallarda
çalışan həmkarlarımı təhqir edirdilər. Onlara bir neçə dəfə irad
tutdum ki, mənim şəkillərimin altında heç bir həmkarımı təhqir
etməyin. Kimə sözünüz varsa, özünə yazın. Hadisə də bundan sonra
baş verdi. İndi bilmirəm profilimi sındıran həmin insanlardır, ya
yox. Bəlkə də kimsə sifarişlə edib. Bilmirəm. Çünki 2 aya 30 min
izləyici toplamaq az iş deyil”.
Telejurnalist məsələ ilə bağlı hüquq mühafizə orqanlarına
müraciət etmək niyyətində qalıç.
“Hüquq mühafizə orqanlarına müraciət etmək istəyirəm. Səbəb isə
sadədir. Bilmək istəyirəm ki, bunu kim və nə məqsədlə
edib”.
Buna baxmayaraq, Elgiz Əkbər “Instagram”a geri qayıtmayacaq.
“Geri dönüb heç kəsi narahat etmək istəmirəm. Demək ki, mənim
mövcudluğum, sosial şəbəkədə olmağım kimlərisə narahat edir. Heç
kəs narahat olmasın. Geri dönməyəcəyəm. Qoy rahat
yaşasınlar”.
İsa Şükürov
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ