Magazin1
DJ Çinanın toyudur
Tezliklə DJ Çina kimi tanınan Çingiz Mustafayevin toyu olacaq.
Publika.az xəbər verir ki, bu gün ANS
telekanalında qonaq olan DJ və onun anası bu barədə məlumat verib.
Zöhrə xanım oğluna məhərrəmlikdən sonra toy etməyi düşündüyünü
deyib:
“Mənim ondan başqa heç kimim yoxdur. Oğluma özümün gözüm dəydi. Həmişə deyirdim ki, Allah hamıya Çingiz kimi övlad versin. Oğlum əsəbidir. Avtomobil qəzasından sonra stress keçirib. Bir az özünə gəlsin, məhərrəmlikdən sonra toyunu etməyi düşünürük”.
Bir neçə gün əvvəl avtomobil qəzası keçirən Çina bu barədə
danışarkən həmkarlarından birinin biganəliyinə də toxunub:
“Qəza vaxtı bütün DJ-lərdən kömək gördüm. Hamı mənə yardım etdi. Sadəcə, qonşu kanallardan birində çalışan, adını çəkmək istəmədiyim həmkarımdan başqa. Ona nə həmkar, nə də rəqib deyə bilərəm. Qəza gecə saat 4-də “Sahil” metrostansiyasının yaxınlığında olmuşdu. Qolumdan qan axırdı, halım pis idi. Həmin an o DJ gəlib kənardan baxdı, yaxın durmadı. O vəziyyətdə mənə kömək etmədi. İnsanlıq harda qalıb? Düşmən də o anda kömək edərdi”.
İsa Şükürov
-
İdman12:13
Ulduzlar yeni ili belə qarşıladılar - FOTOLAR
-
ABŞ11:06
Ağ Evdə gizli görüş: İran vurulacaq?
-
Magazin110:29
Azər Baxşəliyevin son durumu necədir?
-
Pul09:24
Azərbaycan manatının nominal effektiv MƏZƏNNƏSİ ARTDI
-
Dünya08:24
Çin Tayvana görə ABŞ-dan belə QİSAS ALDI
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO