Magazin1
İlkin Həsəni ANS-dən üzr istədi, məhkəmə rədd etdi - QARŞIDURMA
İlkin Həsəni ANS-dən üzr istədi, məhkəmə üzrxahlığı qəbul etmədi. O, yenidən üzr istəyəcək!
Publika.az xəbər verir ki, ATV-nin ən məşhur kişi siması olan İlkin Həsəni ANS telekanalının ünvanına “facebook” sosial şəbəkəsində təhqiramiz ifadələr yazmışdı. Həmin statusa görə, ANS şirkəti aparıcını məhkəməyə verib. Məhkəmənin qərarına əsasən, İlkin Həsəni ANS şirkətindən üzr istəməli olub.
Teleaparıcının "facebook" sosial şəbəkəsində paylaşdığı üzrxahlıq statusunda deyilir: “Əziz dostlar, dəyərli izləyicilərim. Son zamanlar TV-lər arasında yaman gərginlik yaranıb. Mən də vaxtı ilə hamı Mətanəti qınayanda həmkarıma dəstək olmaq istədim. Amma emosiyaya qapılıb yazdığım sözlər qonşu kanallarda inciklik yaratdı. Əgər kimsə mənim həmin sözlərimi özünə aid edirsə, onlardan üzr istəyirəm. Gəlin, biz TV işçiləri çəmiyyətə nümunə olaq. Belə səhvlər etməyək. Bir-birimizə kömək edək. Bir-birimizin işinə qarışmayaq! Bir sözlə, gəlin həmrəy olaq!”.
Publika.az-ın əldə etdiyi məlumata görə, ötən gün baş tutan məhkəmə iclasında aparıcının üzrxahlığını hakim qəbul etməyib. Məhkəmənin qərarına əsasən, İlkin Həsəni ANS şirkətindən yenidən üzr istəməlidir.
Xatırladaq ki, İlkin Həsəni bu statusa görə məhkəməyə verilib: "14 ildir telekanalda işləyirəm. Bu müddət ərzində çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim. Bəs, hanı sizin jurnalist həmrəyliyiniz? Hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, telekanal adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldi. Hörmət, azadlıq və yüksək maaş gördü. Amma belə etməli deyildiniz. Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz. Yaxşı, olsun!”
İsa Şükürov
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi