Əfsanəvi qrup Bakıya gəlir
Bizi izləyin

Magazin1

Əfsanəvi qrup Bakıya gəlir

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Sarayında bu il 25 yaşını qeyd edən, caz tarixində ən parlaq qruplardan biri hesab olunan Amerikanın “Fourplay” kvartetinin konserti keçiriləcək.

Publika.az xəbər verir ki, konsertə biletlərin qiyməti 20-120 manatdır.

Qeyd edək ki, qrupun hər bir nümayəndəsi əsl caz korifeyidir. “Fourplay” kvartetinin 1991-ci ildə çıxan ilk albomu bir milyon tirajla satılıb və uzun müddət “Billboard” milli hit paradının ilk pillələrində yer alıb. Kvartetin növbəti albomları dəfələrlə “Grammy” mükafatını almaq üçün irəli sürülüb və “Qızıl disk” adı qazanıb. Musiqi aləminə verdiyi töhfəyə görə “Fourplay” ABŞ konqresində tanınan yeganə qrupdur.

Xatırladaq ki, festival oktyabrın 25-dən noyabrın 3-dək paytaxtımızda keçiriləcək.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm