Musiqili Teatrın heyətində dəyişiklik edilir
Bizi izləyin

Magazin1

Musiqili Teatrın heyətində dəyişiklik edilir

Azərbaycan Dövlət Musiqili Teatrı simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edib. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Publika.az-a açıqlamasında bildirib ki, teatrın heyətində müəyyən dəyişikliklər etmək üçün belə bir müsabiqənin keçirilməsi zərurəti ortaya çıxıb: “Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. İstər yaradıcı qrup üçün, istərsə də, texniki heyət üçün geniş iş şəraiti yaradılır. Bizim öhdəmizə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, yeni gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirmək düşür. İstedadlı kadrlara hər yerdə, hər zaman ehtiyac var. Ümid edirik ki, seçim turundan sonra yaradıcı heyətdə yeniliklər nəzərə çarpacaq. Artıq teatrımız 106-cı mövsümünü yaşayır. Rəhbərlik isə bu mövsümdə də yaradıcılıq işlərinin yüksək səviyyədə qurulması üçün bütün qüvvəsindən istifadə edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm