Magazin1
Aygün Kazımova: “Telefonuma gələn ismarışların 90 faizi…”
Xalq artisti Aygün Kazımova yeni layihələr üzərində çalışır.
Publika.az-a açıqlama verən müğənni uzun müddətdir gözdən uzaq qalmağının səbəbini də bununla izah edib:
“Uzun müddətdir ki, susurdum. Başım işlərimə qarışıb. Yeni layihələr üzərində çalışıram. Bu susqunluqdan fanatlarım narahat idi. Telefondakı ismarışlarımın 90 faizi “Aygün xanım, hardasınız?”, “Aygün xanım, darıxmışıq”, “Yeni mahnı, yeni klip istəyirik” kimi mesajlarla doludur. Yeni mahnı üzərində çalışdığımı göstərmək üçün məcbur olub sosial şəbəkədə studiyadakı hazırlıq prosesindən video paylaşdım. Pərəstişkarlarıma çoxlu sürprizim var. Bombaların partlamasına hazır olsunlar”.
Kazımova, eyni zamanda, həm Türkiyədə, həm Azərbaycanda mahnı yazdırdığını bildirib:
“Bir neçə mahnı üzərində çalışıram. Onlardan biri Türkiyədə hazırlanır. Sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsus mahnı “Sonunda ağlım başıma gəldi” adlanır. Digər mahnı isə “Gecəyarı” adlanır. Mahnının müəllifi Tərlan Məmmədhüseynovdur. Hər iki mahnının studiya işləri davam edir”.
Qeyd edək ki, müğənni yeni mahnılarından birinə klip də çəkdirəcək.
İsa Şükürov
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO