Elzadan İlhaməyə milyardlıq ŞOK İDDİA
Bizi izləyin

Magazin1

Elzadan İlhaməyə milyardlıq ŞOK İDDİA

Əməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyevanın onunla bağlı ittihamlarına cavab verib.

O, Publika.az-a açıqlamasında qarşı tərəfi təhqir etmədiyini bildirib:

“Şeirimdə İlhamə Quliyevanın nəinki adını çəkməmişəm, heç adının baş hərfini də deməmişəm. “İ” hərfi işlətməmişəm. Anakondanı da konkret şəxsə aid etməmişəm, ad çəkmədən söyləmişəm. Belə bir deyim var… Sözü at, yiyəsi götürəcək. Əgər o, bu sözləri özünə aid edirsə, etsin. Qaldı ki, məndən bir milyon manat təzminat istəməsinə, bunu məndən gözləməsin. Zamanında məni, nəsil-nəcabətimi, şəxsiyyətimi biabır etdiyinə görə, onu məhkəməyə verib, milyardlar alardım. Amma bunu eləmədim. Belə görürəm ki, zamanı çatıb”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm