Samiraldo: “Anar Ağakişiyev özünün oğurladıqlarından niyə danışmır?”
Bizi izləyin

Magazin1

Samiraldo: “Anar Ağakişiyev özünün oğurladıqlarından niyə danışmır?”

Stilist Anar Ağakişiyevin həmkarı Şəfəq Novruzovaya qarşı apardığı qara piar özünə qarşı çevrilib.

Publika.az xəbər verir ki, həmkarlarının sərt təpkisi ilə qarşılaşan Anar Ağakişiyevi bu dəfə Samiraldo “ağ yuyub qara sərib”. O, Ağakişiyevi kişiyə yaraşmayan hərəkətdə ittiham edib.

“Şəfəq çox istedadlı qızdır. Onun hansısa ideyanı oğurlamasından danışmaq absurddur. Üstəlik, ermənilərdən nə isə oğurladığımızı demək, ilk növbədə özümüz üçün ayıbdır. Belə deyəndirsə, ermənilərin bizdən oğurladıqlarını desin. Özü də burada söhbət Şəfəqdən getmir. Şəfəqin qızından gedir. Mən Anarın xətrini çox istəyirəm. Ona stilist kimi hörmətim var. Amma təəssüf ki, insan kimi bunu deyə bilməyəcəm. Belə söz demək olmaz. Bunu, əslində, ermənilər oğurlayıb. Ermənilər bunu Braziliyadakı futbol həvəskarlarından oğurlayıblar. Bax, bunu çıxardıb ortaya qoymaq gərəkdir. Həmin oğurluq da 1990-cı illərin axırına aiddir. Anarın sözlərinə yaradıcı biri kimi də haqq qazandırmıram. Yaradıcı insanın üstünə belə getmək olmaz. Şəfanın qızı hələ uşaqdır. Uşağı bu cür həvəsdən salmaq olmaz. Anara ayıb olsun. Uşaqla onun nə işi var? Şəfəqin özüylə, mənimlə işi olsun, bacarırsa. Bu, daha başadüşülən olar. Amma yeni başlayan uşağı vurmaq düzgün deyil. Lap tutaq ki, ermənidən oğurlayıb. Burda qəbahət nə var ki? Əcəb edib. Erməni bayrağını çəkməyib ki, Azərbaycanın bayrağını çəkib”.

Samiraldo həmkarının bu davranışının arxasında nə dayandığını da təhlil edib və bu qənaətə gəlib:

“Anarın xasiyyətini çox yaxşı bilirəm. Onun dərdi başqadır. Görünür, bu ideyanı özü reallaşdırmaq istəyirmiş. Amma Şəfəqin qızı onu qabaqlayıb. Bu səbəbdən də o, qəzəblənib. Anar özü də bunu etsəydi, təəccüblənməzdim. Əminəm ki, edəcək də”.

Samiraldo bildirib ki, Anar özü də ideya oğurlamaqdan çəkinmir:

“Anar Ağakişiyevin yaşlı qadınları makiyaj edib bəzəməsi də oğurluq ideyadır. Anar bundan niyə danışmır? Çünki bu, normaldır. Hamı bir-birindən nə isə götürür. Dünya modasında belə şeylər var. Anar etdiklərini mən etmərəm. Mənim öz fantaziyama nə gəlib ki, oğurluq ideyaları reallaşdırım?”

Xatırladaq ki, stilistlər arasında qalmaqala səbəb Şəfəqin qızının Azərbaycan bayrağından “face art” etməsi olub. Anar Ağakişiyev həmkarını ermənilərdən oğurluqda ittiham edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm