Elnur Məmmədov od püskürdü
Bizi izləyin

Magazin1

Elnur Məmmədov od püskürdü

Müğənni Elnur Məmmədov bəzi jurnalistləri tənqid edib.

Publika.az xəbər verir ki, Xəzər telekanalında qonaq olan müğənni bəzi sayt jurnalistlərini yalan yazmaqda ittiham edib:

“Bu yaxınlarda prodüser Tolikin məclisində idik. Dostlarımla görüşdüm, əyləşmək istəyəndə Tolik dedi ki, sənin yerin digər masadadır. Mən də keçib lazım olan masada əyləşdim. Bundan sonra götürüb yazıblar ki, Elnur filankəslə görüşmədən digər masada əyləşib. Onların münasibəti yoxdur. Məgər sözümü deməyə çəkinirəm ki, əvəzimə söz yazırsınız? Belə şeylərə çox əsəbiləşirəm. Mən jurnalistlərdən qaçan müğənni deyiləm. Onlardan istənilən biri mənimlə əlaqə saxlaya bilər”.

Qeyd edək ki, bir neçə gün əvvəl saytlardan birində Elnur Məmmədovun Abbas Bağırovla eyni masada əyləşməkdən imtina etməsi haqda xəbər yer almışdı.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm