Şəbnəm Tovuzlu: "Sevdiyim kişiyə gözləri düşüb"
Bizi izləyin

Magazin1

Şəbnəm Tovuzlu: "Sevdiyim kişiyə gözləri düşüb"

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun vaxtilə müğənni Şəbnəm Tovuzlunu MTN-ə çağırması ilə bağlı mediada xəbərlər yayılıb.

Məsələ ilə bağlı Şəbnəm Tovuzlu Publika.az-a danışıb: “Mənim varlığımı həzm edə bilməyənlər haqqımda şayiələr yayırlar. Əslində bir dəfə sevdiyim kişi ilə küsdüyüm vaxtlarda belə mənasız xəbərlər də yaymışdılar. Sevdiyim adam onları çağırıb yerlərində otuzdurmuşdu. Təzədən başlayıblar. Yanıb-yaxılırlar. Bəlkə də sevdiyim kişiyə gözləri düşüb. Amma o kişini əlimdən heç kim ala bilməz. Bilmək istəyirlərsə evimi əlimdən almayıblar, sadəcə olaraq üçotaqlı evi satıb beşotaqlı mənzil almışıq. Onun mənə aldığı “Mercedes Gelendewagen” markalı maşını görüb havalanan müğənnilər yenidən qızışıblar”.

Şəbnəmi yeni avtomobildə fotolarını çəkmək istədik. Dedi ki, sevdiyi kişi icazə vermir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm