73 yaşlı məşhurdan ETİRAF: “Gecə yarısı...” - VİDEO
Bizi izləyin

Magazin1

73 yaşlı məşhurdan ETİRAF: “Gecə yarısı...” - VİDEO

Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlikin doğum günüdür. 73 yaşını tamamlayır. Hərçənd bu yaşı ona heç yaraşdırmadım, çünki yaşından qat-qat cavan görünür.

Publika.az-a təəssüratlarını paylaşan aktyor elə özü də bu fikirdədir: “Məncə, yaşın heç bir fərqi yoxdur. İçin, daxili dünyan zəngindirsə, zahiri görünüşünə də təsirsiz ötüşməyəcək. İçi çirkin olan insanlar tez qocalır. Əgər yaxşılıq etməyi bacarırsansa, əməllərin gözəldirsə, ürəyin safdırsa, sənətinə vurğunsansa, bu həyatdan zövq almağı bacarırsansa, demək ki, yaş üstünə yaşın gəlməsi əhəmiyyətsizdir”.

Aktyor doğum günündə nəinki kövrəldiyini, əksinə, günə yüksək əhval-ruhiyyə ilə başladığını deyib: “Bomba kimiyəm. Bir azdan İctimai Televiziyanın canlı efirində qonaq olacam. Telefonlarım susmur. Hər kəs məni təbrik edir, bundan gözəl nə ola bilər ki? Dünən gecə saat 12 tamamda Amerikadan mənə zəng olundu. On il bir sinifdə oxuduğum Elman adlı dostum məni təbrik etdi, elə bil mənə dünyanı bağışladılar. Sonra da sənət dostlarım Sənubər, Şövqi zəng elədi, xoş sözlər söylədilər, bu təbriklər mənim üçün ən gözəl hədiyyədir”.

Aktyor arzularından da söz açıb: “Ən böyük arzum işğal olunmuş torpaqların azad olunması, Xankəndində bayrağımızın sancılmasıdır. Sənətə gəlincə, oynamaq istədiyim konkret rol yoxdur. Çox istərdim ki, yaxşı tamaşalar oynanılsın və mən də özümə uyğun obrazlarla tamaşaçılarımı sevindirim”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm