Magazin1
Vasif Talıbovun oğlu həyat yoldaşının sərgisində – VİDEO
Avqustun 26-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Leyla Əzimbəyovanın “Başlanğıc” adlı fərdi rəsm sərgisi açılıb. Publika.az xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov deyib ki, bu gün qeyri-adi bir sərginin açılışına toplaşmışıq. İnsanın daxilində, qəlbində bu sənətə məhəbbət varsa, gec-tez o özünü büruzə verəcək. Leyla Əzimbəyova da tamamilə fərqli bir peşənin sahibi olsa da yaratmaq eşqi onu rahat buraxmayıb. Bu səbəbdən də o, könlünü fırçaya verib və qəlbindən keçənləri müxtəlif rənglərin işığında əks etdirməyə çalışıb. Demək olar ki, bu onda yaxşı alınıb. Gəncliyinə baxmayaraq onun müxtəlif mövzularda çəkdiyi rəngkarlıq işlərində yüksək bədii keyfiyyətləri görmək mümkündür. Bu da onun gələcəkdə daha ciddi tablolar yaradacağına əsas verir. İnanıram ki, onun ciddi uğurları hələ qarşıdadır.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli ixtisasca həkim olan Leyla Əzimbəyovanın təbii istedadı sayəsində professional əsərlər yaratdığını söyləyib. Bildirib ki, rəssam peyzaj, natürmort, portret, mənzərə və digər ənənəvi janrların demək olar ki, hamısında fırçasının sınayıb. Rəssamın əsərlərində ciddilik və sərtlik özünü göstərir. Rəsmlərində tamamilə fərqli bir yanaşma özünü göstərir. O, nizamlı, ölçülü, tarazlı düşüncələrin, rənglərin harmoniyasında gözəllik axtarır. Bu rəssamın baxışıdır və rəsmlərində bu aydın hiss olunur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Leyla Əzimbəyovanın rəhbərlik etdiyi akademiyaya qəbul olunduğunu söyləyib və bildirib ki, bu onun ikinci ali təhsilidir. Leyla Əzimbəyova bu sənəti daha kamil mənimsəmək, peşəkar fırça ustası olmaq, Azərbaycan sənət tarixini dərindən öyrənmək üçün bu yola çıxıb. İnanıram ki, yaxın zamanlarda onun təhsil aldığı Rəssamlıq Akademiyasında da sərgisi açılacaq.
Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev deyib: “Gənc rəssam Leyla Əzimbəyova gözəllik duyumunu və dünyaya yaradıcı baxışını özündə əks etdirən rəngkarlıq işlərində bizi əhatə edən gerçəkliyə özünəməxsus münasibətin təzahürlərini müşahidə etmək mümkündür. Bu özünəməxsusluğun mayasında onun gördüklərindən heyrətlənmək gücü durduğundan, öz-özlüyündə fərdi və fərqli olan bu baxışın bədii görkəm almış görüntüləri başqaları üçün də maraqlı görünməkdədir. Leyla xanımın çəkdiyi süjetli tablo və portretlər gənc müəllifin yaradıcılıq axtarışlarının göstəricisi sayıla bilər”.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar Rəssam Ülviyyə Həmzəyeva ölkəmizdə dövlət səviyyəsində yaradıcı insanlara göstərilən diqqət və qayğıdan, bu sahədə görülən işlərdən söz açıb.
Leyla Əzimbəyovanın yaradıcılığından danışan Ülviyyə Həmzəyeva bildirib ki, onun əsərləri sərbəst düşüncə, realizm və müasirliklə yanaşı, yurdumuza məxsus qədim rəssamlıq adət-ənənələrini özündə yaşadır. Rəssam əsərlərində klassik real rəssamlıqla, müasir rəssamlıq ənənələrinin sintezini məharətlə birləşdirməyi bacarıb. Onun yaradıcılığında mövzu müxtəlifliyi rəssamın daim axtarışda olduğunu göstərir.
Çıxış edənlər rəssamı təbrik edərək uğurlar arzulayıblar.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.
Sərgidə nümayiş olunan 33 sənət əsəri gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlıq kimi mövzuları əhatə edir. Həmçinin, əsərlərdə müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsi də öz əksini tapıb.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Leyla Əzimbəyova Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbovun həyat yoldaşıdır.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO