Fransız qızla erotik rolda çəkilən azərbaycanlı aktyor: "Onunla intim səhnələr oynamaq..." - - FOTO/VİDEO
Bizi izləyin

Magazin1

Fransız qızla erotik rolda çəkilən azərbaycanlı aktyor: "Onunla intim səhnələr oynamaq..." - - FOTO/VİDEO

Aktyoram, istənilən obrazı canlandıra bilərəm.

Mətbuatdan uzaq gəzən Elnur Hüseynov bu yaxınlarda izləyicilərini sevindirib. Həm öz ölkəsində, həm də Türkiyədə çoxlu sayda dinləyici auditoriyası olan E.Hüseynov musiqiçi həmkarı və pianoçu İsfar Sarabski ilə birlikdə hazırladığı ilk elektron layihəsi - “Vibration” mahnısına çəkilən klipini təqdim edib.

Elnur dinləyicilərini yeni mahnılarla gec-gec sevindirsə də, bir qayda olaraq sanballı işlərə imza atır. Sözsüz ki, bu dəfə də istisna olmayıb. İki istedadlı gənc musiqiçinin ərsəyə gətirdiyi klip qısa müddətdə izlənmə rekordu qırıb. Xüsusilə sevişmə səhnələri diqqət çəkib.

Klipdə Elnurun özü yer almayb, amma əvəzində “ADO” teatrının aktyorları çəkilib. Bu yazının qəhrəmanı da ADO teatrının aktyoru Elmin Bədəlov oldu.

Elmin Bədəlov Publika.az-ın suallarını cavablandırıb.

- Mahnı ilə xoreoqrafiya çox gözəl vəhdət təşkil edib. Belə bir klip çəkmək kimin təklifi idi rejissorun, yoxsa Elnurun?

- Elnur Hüseynovun ifalarını dinləmişdim, çox istedadlı musiqiçidir. Lakin tanışlığımız klip çəkilişindən sonra oldu. Oyunumuzu bəyəndiyini bildirmişdi. İdeya barədə bir söz deyə bilmərəm, ancaq məni bu klipə çəkilmək üçün rejissor özü dəvət edib.

Fransız aktrisası Elsa Furtado ilə bu tip səhnələri oynamaq mənə çox rahatdır.

- Azərbaycanda açıq səhnələr çox vaxt birmənalı qarşılanmır. Siz bu klipdə çəkilən zaman tərəddüd etmədiniz ki?

- Mən aktyoram, istənilən obrazı canlandıra bilərəm. Bu, mənim işimdir. İlk dəfə ADO teatrında 18+ tamaşada oynamışam. Bu, artıq aktyor kimi mənim təcrübəmdə olub və əsaslı olduğu üçün bundan çəkinməmişəm, qorxmamışam. Burada pis bir şey olmadığı üçün də hər zaman belə obrazlar canlandıra bilərəm. Xüsusən də ADO-nun fransız aktrisası Elsa Furtado ilə bu tip səhnələri oynamaq mənə çox rahatdır. Belə desək, işimi layiqincə yerinə yetirirəm.

Kim də gəlsə sübut edə bilməz ki, insan intim münasibətdən, seksdən yaranmayıb.

- Ümumiyyətlə, iki insan arasındakı bağlılığı, mənəvi doğmalığı, dərin hissləri ifadə etmək üçün açıq səhnələrin çəkilməsi şərtdirmi?

- Məncə, bu zövqlərə görə bölünür. Söhbət sevgidən gedirsə, şərt deyil, həm də şərtdir. İnsanlar bir-birinin bədənindən əsl zövqü alır, onların paltarlarından yox. Kim də gəlsə sübut edə bilməz ki, insan intim münasibətdən, seksdən yaranmayıb. Yaranışımıza dayanan bir şeyi inkar etmək gülməli görünür mənə görə. Yaradıcılıqda isə bunu istifadə etmək lazımdır, qatlayıb kənara qoymaq yox. Sevgi münasibətlərində bağlılıq bədənlərin öyrəşməsindən yaranır.

- İllərin peşəkar akyor və aktrisaları açıq səhnələrdən qaçır. Sizcə, bu, nə dərəcədə doğrudur?

- Bu onların problemi, onların kompleksidir. Mənim günahım deyil ki. Komplekslərini sındırmaq, işlərini layiqincə yerinə yetirmək üçün xüsusi məşqlər edib, hazırlaşa bilərlər. Bu, o qədər də çətin deyil.

- Hər bir yaradıcı insan gördüyü işlə müəyyən mesaj ötürməyə çalışır. Sizin ADO teatrını yaratmaqda əsas məqsədiniz nədir?

- Məqsədlər çoxdur. Onlardan ən vacibləri ölkədə teatr mühitinə rəng qatmaq, canlanma yaratmaq və müasir teatrın özəyini qoymaq.

Çərçivədə yaradanların yaratdıqları isə maksimum çərçivə boyda olur.

- Yaradıcı insanın çərçivələri olmamalıdır deyənlərdisiniz? Çərçivələrin olmamasının müsbət tərəfləri nədir?

- Çərçivələrin olmamasının səbəbi odur ki, sən sərhədsiz yarada bilirsən və bu yaratdığın da hədsiz böyük olur. Bəzən ölçüyə də gəlmir. Çərçivədə yaradanların yaratdıqları isə maksimum çərçivə boyda olur, ondan kənara çıxa bilmir. Əslində çox sadə bir şeydir. Sadəcə bunu duymaq lazımdır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm