Daha bir xanım müğənnimiz BUNU ETDİ - VİDEO
Bizi izləyin

Magazin1

Daha bir xanım müğənnimiz BUNU ETDİ - VİDEO

Türk dilində mahnı oxuyan yerli məşhurların karvanına müğənni Səbinə Əskərova da qoşulub.

Publika.az xəbər verir ki, ötən ay "Günün aydın adlı" klipi ilə gündəmə gələn müğənni türk dilində olan “Son defa” adlı mahnı oxuyub.

Mahnının sözləri KQB-yə, musiqisi isə Fərid Aqaya aiddir. İfaçı yeni mahnısı haqqında ağız dolusu danışaraq bunları deyib:

“Payızı çox sevirəm. Yarpaqların saralması, tökülməsi, çürüyüb torpağa qarışması və torpağı münbitləşdirməsi mənə başqa həzz verir. Ona görə də yeni mahnımı bu fəslə uyğun tərzdə ifa etdim. Sakit və hüzur verən bir mahnıdır”.

Müğənni mahnını türk dilində oxuması ilə bağlı isə belə açıqlama verib:

“Demək olar ki, şou-biznesin 70%-i türk dilində mahnı oxuyub. Burada qəbahətli heç bir şey yoxdur”.

Qeyd edək ki, payız ab-havası mahnıda olduğu kimi, onun “cover” videosunda da müşahidə olunub. Belə ki, video üçün İsmayıl Rzayevin obyektivi qarşısına keçən Səbinəni saralmış və küləyin təsirindən tökülən yarpaqlar əhatə edir.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm