Günel Hümbətova radioları tənqid etdi: “Artıq aparıcıların əlindən...”
Bizi izləyin

Magazin1

Günel Hümbətova radioları tənqid etdi: “Artıq aparıcıların əlindən...”

Məşhur televiziya və radio aparıcısı, həmçinin bloger Günel Hümbətova radioları tənqid edib.

Publika.az xəbər verir ki, o, radio aparıcılarına iradını sosial şəbəkədə yazıb. G.Hümbətovanın radioların vəziyyəti haqqında yazdığı statusu olduğu kimi təqdim edirik:

“1-2 normal radio stansiya var, aparıcıların əlindən onları da artıq dinləmək mümkün deyil. 8-12 dəqiqə fasiləsiz danışmaq olar? Hər 3 dəqiqə danışıqdan bir musiqi verilməlidir. Danışdıqları da bir danışmaq ola. Boş-boş söz yığını. Vallah dinləyiciyə lazım deyil sizin bu qədər danışmağınız. Hamı işdən yorğun çıxıb, musiqi dinləmək istəyir. Dinlədiyim fm-lərdən biri Media Fm-dir. Amma orda da neçə aydır hər yarım saatdan bir Particia Kaasın "Mademoiselle chante blues” mahnısını verirlər. Hansı məntiqə əsaslanaraq bilmirəm”.

Qeyd edək ki, Günel Hümbətova ana olduqdan sonra aparıcılıq fəaliyyətini dayandırıb. O, öz yutub kanalını açaraq baxım və gözəllik sirlərini xanımlarla bölüşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm