"Maşın şou" Səmra Rəhimlinin EVİNDƏ - VİDEO
Bizi izləyin

Magazin1

"Maşın şou" Səmra Rəhimlinin EVİNDƏ - VİDEO

Hind kinosu devizi altında baş tutan “Maşın şou” nun dünənki buraxılışında finalçılar evlərini ziyarət edib.

Publika.az xəbər verir ki, finalçılar ilk növbədə Səmra Rəhimlinin evində qonaq olub. Musiqiçinin anası İlahə Baxşıyeva qızından daha çox həyəcan keçirdiyini deyib:

“Finala qalacığını bilmirdim, lakin Səmranıın dözümlülüyünə inanırdım. Bilirdim ki, Səmra bir müddət sakit dayana bilər, amma əvvəl-axır öz oyununu göstərəcək. Onda o gücü görürəm”.

Dözümlü insan olduğunu deyən Səmra Rəhimli rəqibləri Xəyalə Quliyeva ilə Ranar Musayevi birdən yola salacığını vurğulayıb:

"Mən dözümlü insanam. Eyni zamanda halsız səhnəyə çıxan və məşq edən insanam. Məncə, burada çox dayanacam".

Ranar Musayev isə “Bu gün Səmranın evində qonaq idim, süfrədə nə var idisə, yedim. Səmra özü isə heç nə yemirdi. Şübhələndik ki, yəqin anası yeməyə nəsə qatıb”, - deyə yarızarafat şübhələrini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm