Magazin1
Dilarə məşhurların iç üzünü açdı – "Onun təxəllüsü "Don Karleone"dir" - VİDEO
ARB TV-nin “Pəncərə” verilişinin qonağı olan aparıcı Dilarə Əliyeva şou-biznes nümayəndələrinin bilinməyən tərəflərini açıqlayıb.
Publika.az xəbər verir ki, aparıcının suallarına maraqlı cavablar verən Dilarə Əliyeva ad çəkməkdə də çəkinməyib.
D.Əliyeva "Şou-biznesin ən çox pul xərcləyəni, ən simici, ən çox danışanı, ən tənbəli və ən dalaşqanı kimdir” suallarına cavab verib:
"Eşitdiyim qədəri ilə Manaf Ağayev şou-biznes nümayəndələri içərisində ən çox pul xərcləyəndir. Dostcanlıdır, əliaçıqdır. Hadisə baş verməmişdən artıq orada olur. Əli cibində, hörməti üstündə olan adamdır. Onun şou-biznesdə təxəllüsü “Don Karleone”dir”.
Pulunun qədrini bilən Namiq Qaraçuxurludur. Bilir kimə pul
xərcləmək olar, kimə olmaz. Şou əhli çalışır ki, Vasif
Məhərrəmlinin yanında çox danışmasın. Ürəyində söz saxlaya
bilmir.
Eyyub Yaqubovun çox gözəl səsi var, amma öz üzərində çox işləməyi
sevmir. Ən yatağan isə deyərdim ki, Telli Borçalıdır. Xəngəli yeyib
yatır. Yatmağın dərdindən ərə də getmir. Şou-biznesdə sakit,
mülayim adam yoxdur. Hər kəsin özünə görə dili də var, dilçəyi də.
Aralarında yazıq bala yoxdur.
Aktrisanın “Uyduran, hadisələri şişirdən kimdir” sualına cavabı isə belə olub:
“Hadisələri şişirdən mən özüməm. Birinin üstünə beşini qoyub çatdıran, el-aləmi bir-birinə vuran, yandırıb yaxan – bu Dilarə Əliyevadır. Milçəkdən dəvə düzəltmək mənim yemimdir”.
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək