Azərbaycanı “Eurovision”da bu üç məşhurdan biri təmsil edəcək - FOTO
Bizi izləyin

Magazin1

Azərbaycanı “Eurovision”da bu üç məşhurdan biri təmsil edəcək - FOTO

İctimai Televiziya “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək namizədin adını bir neçə həftə ərzində ictimaiyyətə təqdim edəcək.

Publika.az xəbər verir ki, "Eurovision”un Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan” ikinci kastinqə dəvət olunan üç namizədin adını açıqlayıb. Namizədlər “Səs Azərbaycan müsabiqəsinin finalisti olan Samirə Əfəndi, MTV -də yayımlanan “3 canlı” proqramının aparıcısı Tofiq Hacıyev və Fransanın TF1 telekanalında yayımlanan “The Voice 5” müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətlidir. Təmsilçimiz bu 3 nəfər arasından seçiləcək.

Onu da qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti bu ilin mayında İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision-2019” üçün mahnı qəbulunu elan edib. Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya müsabiqədə ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtləri də açıqlayıb. Şirkətin həm yerli, həm də xarici bəstəkarlara müraciətində deyilir: “Söz yazarları və bəstəkarlar müsabiqə üçün göndərəcəkləri musiqi və mətni “MP3” versiyasında təqdim etməlidirlər. Mahnının xronometrajı “Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı - Avropa Yayımları Birliyinin şərtlərinə uyğun şəkildə maksimum 3 dəqiqə təşkil etməlidir. Mahnı 2018-ci il sentyabrın 1-dən əvvəl ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansı mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Seçim turuna təqdim edilən mahnı, digər musiqiçilərin “cover” mahnıları ola bilməz, həm musiqi, həm də mahnıda musiqi alətlərinin istifadəsi orijinal olmalı, musiqi bir-birini təkrarlamamalıdır. Mahnı seçimi turunda iştirak edən hər kəs özü haqqında məlumat da yollamalıdır”.

Xatırladaq ki, ölkəmizin mahnı müsabiqəsindəki Azərbaycan nümayəndə heyətinin yeni rəhbəri əməkdar mədəniyyət işçisi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyevadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm