Zamiq ATA OLDU - FOTO
Bizi izləyin

Magazin1

Zamiq ATA OLDU - FOTO

“Mənə tez-tez ailəmlə, şəxsi həyatımla bağlı suallar ünvanlanır. Mediada olan bütün dostlarım bilir ki, özəl həyatımla bağlı danışmağı sevmirəm. Bu, təkcə özümə aid deyil, eyni zamanda, valideynlərim, yaxınlarım və qohumlara da aiddir. Bir müddətdir ki, ata olub-olmamağım həm saytlarda, həm də sosial şəbəkələrdə müzakirə olunur. Əzizlərim, ümid edirəm ki, məni başa düşərsiz ki, şəxsi həyatımı gizlətmək, bu barədə danışmamaq kimi bir haqqım var”.

Publika.az xəbər verir ki, bu sözləri bir ay əvvəl ata olan müğənni Zamiq Hüseynov deyib. İfaçı yaydığı açıqlmasında ata olmasını etiraf edib və gizli saxlamasının izahını belə verib:

"Bu mənim xarakterimdən irəli gələn bir məsələdir. Bəli, bu gün isə etiraf edirəm. Mən rəsmi şəkildə bir müddət əvvəl ailə qurmuşam. Və bu nikahdan bir aya yaxındır ki, oğlum Zeyn dünyaya gəlib. Bilirəm, bu xəbərə sevinənlər çoxdur, amma mən yalnız yaradıcılığımla müzakirə olunmağı sevdiyim üçün, sizdən ata olmağım və ailəmlə bağlı mövzularda həssas davranmağınızı xahiş edirəm”.

Xatırladaq ki, ötən il Z.Hüseynovun gizli evləndiyi xəbəri yayılsa da, sənətçi bu məlumatı təkzib etmişdi. Müğənni ikinci dəfə Aydan adlı xanımla nikah bağlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm