Gənc müğənnidən iddialı sözlər: "Şou-biznesdə özümə rəqib görmürəm" - FOTO
Bizi izləyin

Magazin1

Gənc müğənnidən iddialı sözlər: "Şou-biznesdə özümə rəqib görmürəm" - FOTO

Tanınmış müğənni-rejissor Xəyal Hüseyn yaradıcılıq yeniliklərindən danışıb.

Publika.az xəbər verir ki, "Yar-yar" mahnısı ilə məşhurlaşan və milyonlarla izləyici kütləsi olan müğənni yeni mahnı üzərində işlədiyini deyib:

"Pop üslubunda yeni duet üzərində çalışıram. Mahnının adı "O, kimdir?" adlanır. Duet ortağım sürpriz olsun. Eləcə də yaxln günlərdə Cabbar Musayevin mahnısını ifa edəcəm. Mahnının sözlərini Elçin Məhərrəmov yazacaq. İddialıyam və şou-biznesdə özümə rəqib görmürəm. Özüm kimi universal müğənni yoxdur. Ən populyar mahnılarımdan biri özbək mahnısı olan "Yar-yar" adlanır. Mahnı yutub kanalında üç milyona yaxın izlənilib. Bir neçə müğənni ilə də duet gözlənilir. Bu sürpriz qalsın".

Rejissor kimi də fəaliyyət göstərən Xəyal Hüseyn onu da deyib ki, 2019-cu ildən rejissor kimi fəaliyyət göstərməyə başlayıb: "Bu sahədə bəzi texniki problemlər var idi. Komanda yaratdım və işlərim uğurlu alındı. Bir çox müğənnilərin kliplərini çəkmişəm, Damla, Könül Kərimova, Şəbnəm Tovuzlu və s. Gələcəkdə bu sahədə də çox işlər görəcəm. Hədəflərim çox böyükdür, iddialıyam. Şərait olsa klip bazarına daha çox töhfələr verəcəm. Rejissor kimi hələ ki, klip çəkəcəm, gələcəkdə film sahəsinə də daxil ola bilərəm".

Xəyal Hüseyn onu da deyib ki, gələcəkdə Türkiyə şou-biznesinə qatılmağı da düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm