Azərbaycanın "Avroviziya-2021"də iştirakı təsdiqləndi
Bizi izləyin

Magazin1

Azərbaycanın "Avroviziya-2021"də iştirakı təsdiqləndi

Azərbaycanın "Avroviziya-2021" mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

18, 20 və 22 may tarixlərində Rotterdamda baş tutacaq "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Samirə Əfəndiyeva təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İTV-yə məxsusdur.

Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm