Magazin1
Roza Zərgərli Elzanı YIXIB-SÜRÜDÜ: Onun ağzını...
Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasında qalmaqal daha da böyüyüb.
Publika.az axşam.az-a istinadən xəbər verir ki, E.Seyidcahanın tənqidlərindən sonra Zərgərli "ATV maqazin onlarla"ya açıqlamasında ifaçını hədələyib. Müğənninin Rozanın əməliyyatlarına söz atması onu özündən çıxarıb:
"Sənə haqq vermişəm haramısa müzakirə edəsən? Sənin əlində sübutun var ki, plastik əməliyyat etdirib, haramısa dartdırmışam? Səni məhkəməyə verəcəm. Haramdasa plastik əməliyyatla ortaya gələn nəyisə sübut et, borcun olan 5 mini keçəcəm, üstündə də 10 min verəcəm. Hansı yaradıcılıqdan danışırsan? Yerindən duran da oxuyub, bəstəkar olur".
Sənətçi E.Seyidcahanın onun "Sibir çiçəyi" kitabını "Zibil çiçəyi" adlandırmasına isə belə reaksiya verib:
"Bir əsərə "Zibil çiçəyi" deyən Əməkdar artistin ağzını öz qələmi ilə tikmək lazımdır. "Sibir çiçəyi"nin təqdimatına gəlməsəydin heç nə itirməyəcəkdim. Orada Xalq artistləri, dəyərli insanlar var idi. Məni gözün götürmürsə bil, sənin üçün İlhamə Quliyeva deyiləm. Səninlə böləsi kişim yoxdur. Elə etmə açıb danışım. Məhkəməyə gedib, təzminat ödəmək istəmirsənsə, sus".
Qeyd edək ki, müğənnilər arasında qalmaqalın ikinci dəfə alovlanmasına səbəb Rozanın Elzanın ona 5 min manat borcu olmasını açıqlaması olub. E.Seyidcahan qarşı tərəfin ünvanına "Bütün günü cərrahdadırlar. O qədər üzlərini dartdırıblar ki, ağıllarıda dartılıb" sözlərini söyləyib.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü