Azərbaycan "Eurovision-2021"in finalında - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Magazin1

Azərbaycan "Eurovision-2021"in finalında - VİDEO - (YENİLƏNDİ)

Niderlandın Rotterdam şəhərində "Eurovision-2021" mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib.

Publika.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən Azərbaycan final yarışmasına vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

Xatırladaq ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

***

00:41

Niderland Krallığının Rotterdam şəhərində "Eurovision-2021" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

Publika.az xəbər verir ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm