"Tövbə" edən sabiq prezident özündən 17 yaş kiçik aktrisa ilə EVLƏNDİ - FOTO
Bizi izləyin

Magazin1

"Tövbə" edən sabiq prezident özündən 17 yaş kiçik aktrisa ilə EVLƏNDİ - FOTO

Fransanın 67 yaşlı keçmiş prezidenti Fransua Olland ilk dəfə özündən 17 yaş kiçik aktrisa Julie Qaye ilə evlənib.

Publika.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb. Toy şənbə günü Fransanın cənub-qərbindəki Tül şəhərində baş tutub. Qapalı mərasimdə sabiq prezidentin yalnız ən yaxınları iştirak edib. Ollandın bikahını Tül şəhərinin yeni meri Korrez Bernard Kombe bağlayıb.

Fransua Ollandla Jüli Qaye arasındakı romantik münasibətlər 2014-cü ildə başlayıb. O zaman eks-prezident jurnalist Valeri Trierveylerlə münasibətdə idi. Ollandın jurnalistə xəyanətini “Closer” tabloidi yaymışdı. Jüli ilə keçmiş prezidentin gizli münasibətləri böyük qalmaqala səbəb olmuş, bundan sonra Olland subay qalacağını və heç vaxt evlənməyəcəyini açıqlamışdı.

Şayiələrə görə, Qaye evlənməkdə israr edib.

Fransua Ollandın keçmiş sevgilisi, fransız siyasətçisi Seqolen Royaldan 4 övladı var. Onlar 30 ilə yaxın bir yerdə yaşayıblar və 2007-ci ildə ayrılıblar. Jüli Qayenin də kinorejissor Santiaqo Amiqorena ilə əvvəlki nikahdan iki övladı var.

Fransua Olland 2012-2017-ci illərdə Fransa prezidenti olub və onun yerinə Emmanuel Makron keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm