“Qadın torpaq kimidir, nə əksən, onu da biçəcəksən” - Məşhur aparıcı
Bizi izləyin

Magazin1

“Qadın torpaq kimidir, nə əksən, onu da biçəcəksən” - Məşhur aparıcı

Doğuluşdan ölənə qədər qadının həyatındakı roluna bax. Səni doğan, süd verən, min bir əziyyətini çəkən, yolunu gözləyən, ata edən, sən öləndə ən çox ağlayan da odur.

Publika.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev instaqramda yazıb. Qadının həyatdakı rolundan danışan aparıcı onun müqəddəs və əziz olduğunu vurğulayıb:

"Qadın torpaq kimidir. Nə əksən, onu da biçəcəksən. Qadına əl qaldırmazdan öncə ananı, bacını və qızını düşün. Onun əlini sənin əlinə bağlayan, bir kişi kimi etibar edən atanı fikirləş. Qadına əl qaldırmazdan əvvəl düşün. Səbir elə, dinlə, danış, anla, sev" - o, əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm