Magazin1
Oqtay Əliyevin “Fəryad 2”dəki görüntüləri - VİDEO

Xalq artisti Vaqif Mustafayevin maraqla gözlənilən "Həyat deyəsən gözəldir" (Fəryad 2) filminin Bakı premyerası baş tutub.
Publika.az xəbər verir ki, ekran işi YARAT incəsənət mərkəzində təqdim edilib. Filmdə "SOY" prodakşının mərhum rəhbəri Oqtay Əliyevin səhnələri xüsusilə diqqət çəkib.
Belə ki, erməni obrazını oynayan O. Əliyev həm də filmdə düşmənlərimizin dilində danışıb. Uşaqlıq illəri İrəvanda keçən Əməkdar mədəniyyət işçisi ekran işi üçün öz ailə üzvlərini də layihəyə cəlb edib.
Bununla bağlı V. Mustafayev də çıxışı zamanı danışıb. O əvvəlcə zalda əyləşən mərhum prodüserin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyevanı salamlayıb:
"Görkəmli aktrisamız Dilarə xanımın qarşısında baş əyirəm. Oqtay Əliyev çox istedadlı şəxsiyyət idi. Filmə erməni dilində çəkildi. Öz xanımını, valideynləri, görkəmli aktyor və aktrisamız Elmira xanımı, Vidadi müəllimi, Dilarə Əliyevanın qardaşını, öz qardaşını gətirdi. Onlar filmin səsləndirilməsində mühüm rol oynayıb. Allah Oqtaya rəhmət etsin. Biz onu heç vaxt unutmayacağıq. Allah sizin canınızı sağ etsin, Dilarə xanım, gələn filmdə sizi mütləq çəkəcəyəm".
Xatırladaq ki, ekran işi ilk dəfə ötən il Korkut Ata Film Festivalında nümayiş etdirilib. (OLAY)

-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO
-
İdman1 Oktyabr 19:40
Messi azərbaycanlı iş adamı ilə bir arada - FOTO