Magazin1
Rühəngiz Allahverdiyeva: “Ailəmi yanlış fikirlər yaymaqla dağıtdılar”

Əməkdar artist Rühəngiz Allahverdiyevanın canlı efirdə dedikləri hər kəsi təəccübləndirib.
Publika.az Bizim media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində başına gələn hadisəni gün üzünə çıxarmağa çəkinib.
Müğənni "Haqqınızı halal edin" deyərək, kövrəlib və bildirib ki, onun ailəsini yalan fikirlər yaymaqla dağıdıblar:
"Heç kimin qəlbinə dəyən insan deyiləm. Heç kimin pulunu yeməmişəm. Heç zaman heç kimə pislik etməmişəm. Səhvsiz insan olmur. Bu günə qədər nəyə nail olmuşamsa, zəhmətimlə əldə etmişəm. Üç aydır ayağım şişmişdi, iltihab oldu. Bu günə qədər hələ də ayağım sağalmayıb. Ayaqqabımın içinə qan axa-axa toylara getmişəm. Pulumu zəhmətimlə qazanmışam. Çox adam deyir ki, niyə belə edirsən, çox vacibdir?
Deyirəm ki, kommunal xərclər var. Onları ödəmək lazımdır. İki dənə nəsə alıb-qoymuşuqsa övladımız üçün etmişik. Evlənəndə də, uşaq deməsin ki, valideyn bu qədər işlədi, amma bir dənə üzük, sırğa qoymadı ki, ailə quranda özümlə aparım və ya bir xanımın boynuna, əlinə taxım. Həyatda mən sevgi xanımıyam.
Sevə bilərəm, məndə bu ürək var. Sevgi söhbəti deyil. Tamam başqa məsələdir. Amma onu açıqlaya bilmirəm, çünki buna vicdanım yol vermir. Həyatımda heç kim yoxdur. Subay xanımam. Bu mənim şəxsi işimdir.
Depressiyaya düşməmişəm. Ailəmdə söz olub. Biz mühüm şeylərlə maraqlanmalıyıq, bunları işıqlandırmalıyıq. Elə insanlar var ki, həyatını işıqlandırır, evini yıxır. Mən bunu çəkmişəm. Ailəmi yanlış fikirlər yaymaqla dağıtdılar".

-
Nida Xəbər 16:39
Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı - FOTO
-
Nida Xəbər 15:22
Baş həkimdən Qənirə Paşayeva haqda üzücü açıqlama - VİDEO
-
Nida Xəbər 14:07
“Laçın” buraxılış məntəqəsində gözləyən "yardım" karvanı Ermənistana qayıdır - VİDEO
-
Nida Xəbər 13:54
Silahı yerə qoyan ermənilər Qarabağdan bu yollarla çıxacaq
-
Nida Xəbər 13:46
Fazil Mustafa Qənirə Paşayaevanın komaya düşməsindən danışdı
-
Ekologiya13:09
Bakıya YAĞIŞ, bölgələrə QAR YAĞACAQ
-
Nida Xəbər 12:51
Qənirə Paşayeva komaya bu səbəbdən düşüb
-
Nida Xəbər 10:07
Kəlbəcərdəki məşhur şirkətin ərazisində silah-sursat aşkar edildi - FOTO/ VİDEO