“Şiddətə yox deyəndə, əxlaqsızlığa da yox deyin!” – Qalmaqallı açıqlama - VİDEO
Bizi izləyin

Magazin1

“Şiddətə yox deyəndə, əxlaqsızlığa da yox deyin!” – Qalmaqallı açıqlama - VİDEO

“AİD GROUP”un rəhbəri, tanınmış psixoloq Nigar Fərhad gündəmi zəbt edən model Razi Əliyevanın döyülməsi məsələsinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Nigar Fərhadın bu məsələ barədə fikirləri müzakirələrə səbəb olub:

“Kişiyə yarım milyonluq maşın aldırın, ev aldırın, Əcəmidən də deyil, birbaşa "Tiffany"dən, "Cartier"dən bir üzüyü 20 minə aldırın, boşatdırın, amma eyni vaxtda da başqaları ilə komanda şəklində "yatın" və bu bədbəxt kişinin qeyrətini pullu qaqaşlar qarşısında yerlə bir edin.

Bəzilərinizə bir köpək oğlu sahib çıxmayan dünyada sizə bu kişi sahib çıxıb nişanlısı edir, siz də rəfiqələrinizlə “mırta” başqa kişilərə ... sonra da zurnanızı alın əlinizə ki, “ay ana, bu kişi manyakdır”.

Əgər manyak idisə, aldığı maşını, üzüyü niyə qəbul edirdin? Niyə boşanmasını istəyirdin? Zibilin sosial şəbəkəyə yayılandan sonra oldun mələk, kişi də əclaf? Mən də şiddətə qarşıyam, amma bədəni pula satmaq da fahişəlikdir! Nə yas tutmusunuz? Əsəbimlə oynamayın! Kül o oğlanın ağılsız başına! Həm malın getsin, həm pulun, həm al indi canın da getsin həbsxanalarda... Lazım idi sənə?

Şiddətə qarşıyam amma elə eyni şəkildə də bədənini pula satmağa qarşıyam. İkisi də qanun pozuntusudur. Yaxşı tapışıblar! Ona görə də artistlik etməyin!

Sizin qardaşınız evində balasını atıb, gedib başqaları ilə birlikdə olsaydı, ona ev alsaydı, o qızı öldürərdiniz.

İndi niyə sosial şəbəkələrdə şiddətdən danışırsınız? Şiddətə yox deyəndə, fahişəliyə də yox deyin!”.

Qeyd edək ki, "Miss Azərbaycan-2017"nin qalibi, model və aparıcı Razi Əliyeva evli sevgilisi Ziya Hüseynzadə tərəfindən döyülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən ötən gün həbs edilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Həmin görüntüləri təqdim edirik:

(Yenisabah.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm