Magazin1
Aynişan: Doğru olsaydı, sənin getməməyin üçün...
Həyat çox qəribədir. Bir zaman sənin üçün çox vacib olan, bir müddət sonra önəmini itirir. Heç bir hiss əbədi deyil, bunu anlayırsan. Səni idarə edən duyğunu bir müddət sonra buraxırsan. Hətta hər saniyə düşündüyün o vacib amili, artıq yavaş yavaş xatırlamamağa başlayırsan. İlk öncə gündə bir neçə dəfə, sonra neçə gündən bir...daha sonra ümumiyyətlə yada düşmür. İllər keçdikcə bu özünü toparlama prosesi daha tez baş verir. Çünkü yaş az olanda və hər hansısa problemi yaşayanda, elə bilirsən ki sonsuza qədər bitməyəcək amma bitir. Və illər sonra yenə eyni problemlə üz üzə gələndə anlayırsan və özünə deyirsən "Okay, yaşadın. Yaşayırsan, amma bilirsən ki, bitəcək. İlk dəfə deyil ki?!"
Publika.az xəbər verir ki, bu sözləri tanınmış influenser Aynişan Quliyeva sosial mediada yazıb. Keçmişində yaşanan xoşagəlməz hadisələrdən danışan Aynişan öz həyat təcrübəsini izləyiciləri ilə bölüşüb. O, hər şeyə rəğmən izləyicilərini güclü və pozitiv olmağa çağırıb.
"Hadisənin sənin ruhunu idarə etməsinə icazə vermə. Heç bir yaşantı, səni agressivləşdirməsin. Çətindir, bilirəm, amma bacarmalısan. Çıxmalısan ordan. Hər dəfə dibi su ilə dolmayan quyuya, bir gün dolar ümidi ilə gedib baxma. O quyu dolmayacaq. Çünkü quyuya su tökməklə belə, quyu dolmur. Uzaqlaş. Bitir. Yeni həyata başla.
Həyat təcrübəmə görə, tam əminliklə deyə bilərəm ki, alınmayan hər şey yaxşı ki alınmır! Sadəcə biz onu o an qəbul edə bilmirik. Zamanla oturur hər şey öz yerinə. Anlayırsan... anlayırsan ki, hər şey sənə daha yaxşısının gəlməsi üçün imiş. İcazə ver... həyatına gǝbul et bunu. Sənə layiq olan o həyat sənə doğru gəlsin. İlişib qalma keçmişə. Keçmiş doğru olsaydı, sənin getməməyin üçün nəsə edərdi.
Özünə güvən. Və sənin kimliyinə şübhə ilə yanaşmağına səbəb yaradacaq hər kəsi həyatından sil. Azadlığına qovuşacaqsan.
Ən gözəl sevgiyə.
Ən gözəl işə.
Ən gözəl həyata layiqsən.
Bu yazdıqlarımı bir işarə kimi qəbul edə bilərsiz. Çünkü mən həmişə elə edirəm... nəyisə düşündüyüm an, qarşıma çıxan hər şeyi həyatın bir ismarıcı kimi qəbul edirəm. Nəticə çıxardıram. Bilirəm. Bunu oxuyursuz. Və hər biriniz bu an fərqli hekayə yaşayırsız. Amma hər şey yaxşı olacaq", - Aynişan qeyd edib.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı