Magazin1
Aytən Səfərova: "Xalamın köhnə ətəyində AzTV-yə gələndə..." - VİDEO
Aparıcı Aytən Səfərova acı xatirələrindən efirdə söz açıb.
Publika.az "Bizim.Media"ya istinadən xəbər verir ki, televiziya ulduzu qonaq olduğu "Söhbət var" verilişində ilk dəfə Azərbaycan Televiziyasına (AzTV) gəldiyi vaxtlardan danışıb.
Xalasının köhnə ətəyini geyindiyini söyləyən Aytən, orada qızlar içində ən pis geyinən olduğunu dilə gətirib:
"Heç zaman yadımdan çıxmaz. 17-18 yaşım vardı, AzTV-yə xalamın köhnə ətəyində gəldim. Orada ən pis geyinən qızlardan biri mən idim. Buna görə o qədər utanırdım. Rafiq və Qulu müəllim bizim diksiyamızı yoxladılar. Orada mənə göz süzdürən çox sayda qız var idi. Allah canlarını saxlasın. Bəlkə də onlar nazlarından belə edirdilər. Hamımız beləyik də... O qədər pis oldum, düşündüm ki, deyəcəklər ki, “Aytən çıx get”. Yəni mənim kimsəm yox idi və məni heç kim tapşırmamışdı.
Elə insanlar televiziyada var ikən, bu media və televiziya hər zaman ayaq üstə dayanacaq və var olacaq. Qızlar dedilər ki, “kimin adı çəkilməyibsə çıxıb gedə bilər”. Amma mən qalanlar sırasında idim. İnanın ki, mənə sanki bütün dünyanı verdilər. Çünki televiziyada işləmək uşaqlıq arzum idi.
Nə zamana kimi təmənnasız, tapşırıqsız, “filankəsin qohumudur”, “o, bunun yerlisidir” və sair kimi məsələlər olmayacaq, insanın özünü görən, onun biliyini, bacarığını, içində olan əzmini qiymətləndirən insanlar olacaqsa, o zaman bu, televiziya və media olacaq. Bütün sahələrdə elədir. Vicdanla işə yanaşmaq lazımdır".
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO