Magazin1
Türkiyədə başqa seriala da çəkilirəm - Fəlakət
Xəbər verdiyimiz kimi, Azərbaycanda Fəlakət obrazı ilə tanınıb məşhurlaşan aktyor Elşən Orucov Türkiyənin ATV telekanalında yayımlanan "Ben Bu Cihana Sığmazam" serialında rol alıb.
Publika.az xəbər verir ki, Kult.az aktyorun özündən bu və ya digər suallara cavab alıb.
Həmin müsahibəni təqdim edirik:
- Elşən bəy, necə oldu ki, Türkiyədə “Mən bu cahana sığmazam” serialının çəkilişinə getdiniz? Özünüz müraciət eləmişdiniz, ya sizi tanıyırdılar deyə dəvət elədilər?
- Ozan abi ilə yaxşı münasibətimiz var. Onun sayəsində də Oqtay Kaynarcanı və rejissor Mustafa Şövqü Doğanı tanıdım.
- Yəni belə çıxır ki, tanışlığa görə çağırdılar?
- Yox. Əvvəllər bir-iki dəfə çəkilişlərə getmişdim, sonra özləri də bəyəndilər, təklif elədilər. Amma Ozan Ağbabanın bu təklifdə rolu danılmazdır.
- Necə düşünürsünüz, bu, sizə nə cür təsir edəcək? Fəlakət obrazından birdən-birə çıxa biləcəksiniz?
- Bu, mənim üçün bir yenilikdir. Özümü burada da sınayıram. Nəticəsi isə sonda müəyyən olacaq, izləyicilər özü qərar verəcək.
- Başqa təkliflər varmı?
- Mən hazırda İstanbuldayam və əlavə olaraq başqa bir serial çəkilişinə hazırlaşıram. Onun haqqında isə əlavə məlumat veriləcək.
- Sirr deyilsə, bəlkə özünüz burada elan edəsiniz?
- Bir müddət sonra TRT-də yayımlanacaq “Çıraq” serialında da rol almışam. Serial təqdim olunana yaxın ətraflı məlumatlar veriləcək.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı