Magazin1
Nura Surinin Qobustan qayalarındakı görüntüləri gündəm oldu - VİDEO
Müğənni Nura Suri “Sevgimiz dənizdir”, “Sevirəm” adlı bir-birindən fərqli layihələrindən sonra dincəlmək niyyətində deyil.
Publika.az xəbər verir ki, sənətçi bu dəfə fəlsəfi bir proyektə imza atıb. O, doğum günündə “Dünyaya qəribəm” adlı klipini təqdim edib.
Ekran işində həyatın fərqli yönlərinə vurğu edən Suri iki obrazda qarşımıza çıxır. İri qanadları ilə Qobustan qayalıqlarında gördüyümüz müğənni üçün paltar bir həftəyə hazırlanıb. Transparan bodi tərzində olan libasla o, bu dünyadan olmadığını bildirmək istəyir. Digər səhnələrdə isə ifaçı şərq üslubunda olan bir məkanda görünür.
Klip sosial mesajları ilə diqqət çəkir. Məğlub və qalib, dilənçilər və tiktokerlər, cəmiyyətin müxtəlif varlı və kasıb təbəqələri, xoşbəxt və şiddət görən uşaqlar, evlənən və həyat yoldaşı şəhid olan xanımlar paralel şəkildə nümayiş etdirilib.
Klipin ssenari müəllifi və rejissoru Toğrul Rzayevdir. Mahnının sözləri Tofiq Sədrəddin, musiqisi isə Fərid Ağaya məxsusdur.
Layihə üzərində 50-dən çox komanda üzvü çalışıb. Çətin hava şəraitində günlərlə davam edən çəkiliş üçün Nura Surinin libaslarını modelyer-dizayner Nərgiz Qeybullayeva hazırlayıb. Fotoları isə Məhəbbət Nəsirov lentə alıb.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO